Gündəm

İtaliyada "mafiya böhranı" davam edir 

24 Yanvar 2018 13:43

İtaliyanın Siciliya vilayətində polisin “Koza Nostra” mafiyasına qarşı növbəti əməliyyatı keçirilib. Məlumata görə, Messina şəhəri yaxınlığında 40 nəfər saxlanılıb. Saxlanan qrup “Barselona klanı” kimi tanınıb və Siciliyanın şərqində reket, soyğunçuluq, silah və narkotik ticarəti kimi fəaliyyətlərlə məşğul olub.

Türkiyə "Zeytun budağı" əməliyyatında yerli silah və texnikalardan istifadə edir

24 Yanvar 2018 13:41

Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatında yerli istehsallı raket, vertolyot və digər silah və texnikalardan istifadə edir. Məlumata görə, bu barədə Türkiyə mətbuatına hərbi mənbə bildirib.

Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan Ermənistanı 35 PİLLƏ QABAQLADI

24 Yanvar 2018 13:39

“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər. Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb.

Karapetyanın Davos çağırışı və ermənisayaq statistika

24 Yanvar 2018 13:37

Nə xarici, nə də yerli investorlar Ermənistana investisiya qoymaq istəyir. Bu sözləri öz Feysbuk səhifəsində deputat Rasim Musabəyov paylaşıb. “Ermənistan Baş naziri Karen Karapetyan Davos Forumunda biznesmenləri cəsarətlə öz ölkəsinə investisiya yatırmağa çağırdı.

Həştərxan polisindən Ülviyyənin ölümü ilə bağlı - Açıqlama

24 Yanvar 2018 13:35

Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) ölümü ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayəti polis idarəsi açıqlama yayıb. İnformasiyaya əsasən, hadisə yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştəxan trasının 1378-ci kilomertliyində olub.

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

24 Yanvar 2018 13:34

Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatı zamanı 260 terrorçunu məhv edib. Məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb. "Son məlumatlara görə, əməliyyat zamanı PYD/ YPG, PKK və İŞİD qruplaşmalarının azı 260 yaraqlısı məhv edilib", - deyə bəyanatda qeyd olunub.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqladı

24 Yanvar 2018 13:32

2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib. Bu rəqəmlər Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazıladığı hesabatda əksini tapıb. Təşkilatın təqdim etdiyi hesabata görə, 2017-ci ildə Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə ümumillikdə 3424 müraciət daxil olub.

Teleqüllə yaxınlığındakı sürüşmə ərazisi Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır

24 Yanvar 2018 13:30

Son günlərdə yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.

Səudiyyə Ərəbistanı neftdən imtina edir

24 Yanvar 2018 13:22

Səudiyyə Ərəbistanı post-neft dövrünə qədəm qoyur və hesab edir ki, inşası başlayan "gələcəyin meqapolis"ləri ölkə iqtisadiyyatının inkişafını və şaxələndirilməsini təmin edəcək.

Azərbaycan yollarında nə qədər radar və kamera quraşdırılıb?

24 Yanvar 2018 13:20

2017-ci ildə Azərbaycanın avtomobil yollarında quraşdırılmış radar, kamera və nömrəoxuma sistemlərinin sayı açıqlanıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Nazir: "Dövlət Statistika Komitəsinin məlumatından sonra əmək pensiyaları indeksləşdiriləcək "

24 Yanvar 2018 13:17

Dövlət Sosial Müdafiə Fonduötən il orta aylıq əmək haqqının artım tempi barədə məlumat almaq üçün Dövlət Statistika Komitəsinə müraciət edib. Məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov bildirib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımı barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin göstəriciyə uyğun artırılması həyata keçiriləcək.

Lökbatan-Güzdək avtomobil yolu yenidən qurulur

24 Yanvar 2018 13:14

Cari ildə isə 11 qəsəbəarası yolun yenidən qurulması nəzərdə tutulub ki, artıq bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi tərəfindən müvafiq işlərə başlanılıb. “OLAYLAR”-a Agentliyin mətbuat xidmətindən bildirilib ki, bu ilin ilk qəbələrarası avtomobil yolu layihəsi olaraq Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9.1 km təşkil edir.

Banka silahlı basqın

24 Yanvar 2018 13:12

Səhər saatlarında İstanbulda bir banka silahlı basqın olub. Olaylar.az bildirir ki, soyğunçu banldan 100 min lirə oğurlayıb. Bankın mühafizəçisini zərərsizləşdirən şəxsi yaxalamaq mümkün olmayıb. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub.

Vəkillər Konstitusiya Məhkəməsində olublar

24 Yanvar 2018 13:11

Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində olub. Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüş Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası ilə eyni vaxta təsadüf edib. Ötəni ilin dekabrında Konstitusiya Məhkəməsi məruzəçi-hakim Rafael Qvaladze olan “Ombudsmanın MPM-nin 157 və 158-ci maddələrinin Konstitusiyasının bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair müraciəti”nə baxılması ilə bağlı iş üzrə Vəkillər Kollegiyasından mütəxəssis qismində öz nümayəndəsinin göndərilməsini xahiş edib.

Bəziləri deyir ki, nəsillərində işverən yoxdur – Amaşov

24 Yanvar 2018 13:09

Dilin öz qanunları var. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun və ayrı-ayrı qurumların rəhbərliyi bu barədə öz təkliflərini, fikirlərini söyləyirlər. Hətta, sosial şəbəkələrdə məsələ geniş müzakirə obyektinə çevrilir. Doğrudan da, mövcud sahədə müəyyən problemlər var. Əlbəttə, dil inkişaf edir və inkişaf etdikcə yeni terminlər, sözlər yaranır. Bunlardan qaçmaq olmaz. İndiki şəraitdə biz hər şeyə anlayışlı yanaşmalıyıq və müzakirə açıb fikirlərimizi izah etməyə çalışmalıyıq. Müzakirə kifayət qədər qızğın gedir. Nəinki bu sahədə olan mütəxəssislər, ümumiyyətlə, hamı diskussiyalarda iştirak etməkdə maraqlıdır. Çox təəssüf ki, qeyri-etik ifadələrə, mənasız ittihamlara da rast gəlinir.