İtaliyada "mafiya böhranı" davam edir
İtaliyanın Siciliya vilayətində polisin “Koza Nostra” mafiyasına qarşı növbəti əməliyyatı keçirilib. Məlumata görə, Messina şəhəri yaxınlığında 40 nəfər saxlanılıb. Saxlanan qrup “Barselona klanı” kimi tanınıb və Siciliyanın şərqində reket, soyğunçuluq, silah və narkotik ticarəti kimi fəaliyyətlərlə məşğul olub.
24 Yanvar 2018 13:43 Dünyaİtaliyanın Siciliya vilayətində polisin "Koza Nostra" mafiyasına qarşı növbəti əməliyyatı keçirilib. Məlumata görə, Messina şəhəri yaxınlığında 40 nəfər saxlanılıb. Saxlanan qrup "Barselona klanı" kimi tanınıb və Siciliyanın şərqində reket, soyğunçuluq, silah və narkotik ticarəti kimi fəaliyyətlərlə məşğul olub.
Qeyd edək ki, bu əməliyyat bu həftə ərzində İtaliya polisinin mafiyaya qarşı üçüncü geniş əməliyyatıdır. Bu əməliyyatlar çərçivəsində Siciliyada və Neapolda yüzlərlə şəxs saxlanılıb. Trend.az