Gündəm

Rusiya noyabrda Amerikaya hücuma edəcək – Kəşfiyyat şefi PLANI AÇDI

30 Yanvar 2018 14:31

Rusiya 6 noyabrda Amerikaya hücuma hazırlaşır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mike Pompeo Rusiyanın 6 noyabrda Konqresə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşdığını açıqlayıb. “Rusiya seçkilərə müdaxilə etməyə cəhd edəcək, lakin Amerikanın seçkiləri azad və ədalətli şəkildə keçirə biləcəyinə inanıram. Onlara elə bir zərbə vuracağıq ki, seçkilərimizə müdaxilə edə bilməyəcəklər”, - deyə o bildirib.

Dövlət proqramlarının uğurlu icrası ölkədə işsizlik problemini minimuma endirib

30 Yanvar 2018 14:30

Müstəqil Azərbaycanın hərtərəfli şəkildə inkişafına təkan verən, onu dünyaya tanıdan tarixi hadisələrdən biri 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanan “Əsrin müqaviləsi” idisə, digəri 2004-cü ildən mərhələli şəkildə icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Əslində elə ikincinin həyata keçirilməsini şərtləndirən, onu zəruri edən məhz “Əsrin müqaviləsi” idi. Nədən ki, sözügedən Dövlət Proqramı qəbul edilənə qədər “Əsrin müqaviləsi” nəticəsində neftdən əldə edilən gəlirlərin daha səmərəli və xalqın rifah halının bir qədər də yaxşılaşdırılmasına yönəldilməsi dövlətin qarşısında dayan başlıca prioritetlərdən idi. Və hökumət bu zərurəti dərindən dərk edərək yeni proqram üzərində işləyirdi. Həmin sənəd də məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı idi.

Azərbaycan - Moldova oyununun hakimləri açıqlanıb

30 Yanvar 2018 14:22

Azərbaycan - Moldova oyununun hakimləri açıqlanıb. Məlumata görə, Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün Azərbaycanıb milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Rusiyada çay qırmızı rəngə boyandı

30 Yanvar 2018 14:21

Rusiyanın Tümen vilayətində Molçanka çayının suları qırmızı rəngə boyanıb. Məlumata görə, suyun istixanalardan gələn kimyəvi maddələr səbəbi ilə bu rəngə boyandığı ehtimal olunur. Yerli sakinlər bir həftəyə yaxındır ki, çayın bu rəngdə olduğunu bildirirlər.

İtaliya polisi Ermənistanın müxalifət partiyasının liderini həbs etmək istədi

30 Yanvar 2018 14:14

İtaliya polisi Ermənistanın müxalifət partiyasının deputatını Romada həbs etmək istəyib. Məlumata görə, bu barədə müxalif “Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb. “İtaliya polisi mənim Romada hoteldəki nömrəmi mühasirəyə alıb. Məni tutmağa gəliblər. Məlum olub ki, məni “İnterpol” axtarır və 2008-ci ildən bu yana tapa bilmir”, - deyə N. Paşinyan qeyd edib.

Qadınlar niyə güzəşt hüquqlarından istifadə edə bilmirlər?

30 Yanvar 2018 14:12

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da insanların əmək hüquqlarının pozulması hallarına rast gəlinir. Belə pozuntular ən çox iş yerlərində müşahidə olunur ki, o da əksər hallarda işəgötürənlərin səhlənkarlığı sahəsində baş verir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, işçilər əmək hüquqlarının pozulduğunu bildikləri halda onun aradan qaldırılması üçün müvafiq addımlar atmaqdan çəkinirlər.

Dövlət Proqramları uğurla icra edilib

30 Yanvar 2018 14:09

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş və məzmunlu şəkildə çıxış edən dövlət başçısı  bildirib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir.

“Azərbaycan mediasını təsiri altına salmaq istəyənlərin siyasəti iflasa uğradı”

30 Yanvar 2018 14:07

Yanvarın 30-da media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib. Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsi səbəbəinə toxunan V. Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: "Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır.

Türkiyənin artan hərbi qüdrəti Qərbi niyə narahat edir?

30 Yanvar 2018 14:05

Türkiyə də Azərbaycan kimi hər hansı bir uğura imza atdığı, yaxud mühüm siyasi hadisə ərəfəsində olanda dərhal Qərbdən, Avropadan təzyiqlərlə üzləşir. Hazırda da eyni mənfi tendensiya müşahidə edilməkdədir. Bu dəfə səbəb isə Ankaranın Suriyanın Afrin bölgəsində antiterror əməliyyatı həyata keçirməsidir. Birləşmiş Ştatlardan tutmuş Qərb təsisatları, Avropanın siyasi və hərbi dairələri ciddi cəhdlə Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatının qarşısını almağa çalışırlar.

Züleyxa NADİR yazır... Alnına “xeyriyyəçi” damğası vurulan adam

30 Yanvar 2018 14:01

Bütün  zamanlarda dünyada yaxşılar, fərqli insanlar nümunə olub, əliaçıqlığı, səxavəti, humanistliyi və xeyirxahlığı ilə yaxşılığın fövqündə dayanıblar. Onlar cəmiyyətin sosial bərabərsizliyində bir tarazlıq yaratmaq istəyiblər, ən azı, “bu, mənimdir” yox, “bu, bizimdi – sənin, mənim, onundu” prinsipi ilə yaşayaraq “xeyriyyəçi”, “mesenat” adı alıblar.

Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib

30 Yanvar 2018 13:56

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvan şəhərində bölgə vətəndaşlarını qəbul edib. “OLAYLAR” xəbər verir ki, qəbuldan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi önünə tər gül dəstələri qoyub, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Respublika fənn olimpiadalarına start verilir

30 Yanvar 2018 13:56

Yanvarın 30-da Təhsil Nazirliyində məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinq keçirilib. “OLAYLAR”-a nazirlikdən bildirilib ki, brifinqdə olimpiadanın birinci – rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcəyi barədə məlumat verilib.

Qənirə Paşayeva: “Azərbaycanda bu təhlükəli xəstəlik daşıyıcıları bəzən qeydiyyata alınmır”

30 Yanvar 2018 13:53

“Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da düzgün addım deyil. Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik. Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müəlicə etməsinlər. Çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər”.

Gənc yazarlara DƏSTƏK

30 Yanvar 2018 13:51

“XAN” nəşriyyatı “Xatirə ədəbiyyatı”, “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat” və “Tərcümə ədəbiyyatı” seriyalarından sonra yeni kitab silsiləsini təsis edib. Olaylar.az bildirir ki, “İlk kitab” adlanan seriya kitabı nəşr olunmamış gənc yazarlara dəstək üçün yaradılıb. Layihənin məqsədi yerli ədəbi mühitdə canlanma yaratmaq, istedadlı qələmi olan gəncləri oxucuları ilə görüşdürməkdi.

“De-fakto ABŞ-ın düşmənləri…” – Kremldən REAKSİYA

30 Yanvar 2018 13:51

“Kreml məruzəsi”nə daxil edilmiş Rusiya siyasətçiləri və biznesmenləri de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bunu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”nin dərcini şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.