Dövlət proqramlarının uğurlu icrası ölkədə işsizlik problemini minimuma endirib

Müstəqil Azərbaycanın hərtərəfli şəkildə inkişafına təkan verən, onu dünyaya tanıdan tarixi hadisələrdən biri 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanan “Əsrin müqaviləsi” idisə, digəri 2004-cü ildən mərhələli şəkildə icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Əslində elə ikincinin həyata keçirilməsini şərtləndirən, onu zəruri edən məhz “Əsrin müqaviləsi” idi. Nədən ki, sözügedən Dövlət Proqramı qəbul edilənə qədər “Əsrin müqaviləsi” nəticəsində neftdən əldə edilən gəlirlərin daha səmərəli və xalqın rifah halının bir qədər də yaxşılaşdırılmasına yönəldilməsi dövlətin qarşısında dayan başlıca prioritetlərdən idi. Və hökumət bu zərurəti dərindən dərk edərək yeni proqram üzərində işləyirdi. Həmin sənəd də məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı idi.

Müstəqil Azərbaycanın hərtərəfli şəkildə inkişafına təkan verən, onu dünyaya tanıdan tarixi hadisələrdən biri 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanan "Əsrin müqaviləsi" idisə, digəri 2004-cü ildən mərhələli şəkildə icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Əslində elə ikincinin həyata keçirilməsini şərtləndirən, onu zəruri edən məhz "Əsrin müqaviləsi" idi. Nədən ki, sözügedən Dövlət Proqramı qəbul edilənə qədər "Əsrin müqaviləsi" nəticəsində neftdən əldə edilən gəlirlərin daha səmərəli və xalqın rifah halının bir qədər də yaxşılaşdırılmasına yönəldilməsi dövlətin qarşısında dayan başlıca prioritetlərdən idi. Və hökumət bu zərurəti dərindən dərk edərək yeni proqram üzərində işləyirdi. Həmin sənəd də məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı idi. Əslində ölkədə inqilabi dəyişikliklərə səbəb olacaq bu proqramın anonsunu hələ Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimi zamanı vermişdi. Heydər Əliyev Sarayında keçirilən andiçmə mərasimi zamanı Cənab İlham Əliyev xalqa bəyan etmişdi ki, qarşıdakı 5 il ərzində ölkə iqtisadiyyatının inkişafına nail olacaq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görüləcək. Xüsusilə, həmin dövr üçün ölkədə ciddi problemlərdən sayılan işsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılacaq. Hətta Prezident İlham Əliyev qarşıdakı 5 il ərzində ölkədə 600 min yeni iş yerinin açılacağı vədini də vermişdi. O zaman çoxları dövlət başçısının söylədiyi bu fikirlərə ironiya ilə yanaşır, 5 il ərzində Azərbaycanda 600 min iş yerinin açılmasının qeyri-mümkün olacağını iddia edirdilər. Ancaq Cənab İlham Əliyevin verdiyi hər bir açıqlama, bəyanatın arxasında real iş, fəaliyyət olduğundan dövlət başçısının bu vədinin tezliklə reallaşacağına da bir əminlik vardı. Və 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı məhz buna hesablanmışdı. Elə proqramın icrasının sonlarında Cənab Prezidentin 600 min yeni iş yeri açılacağı vədi reallaşdı və ölkədə işsizlik problemi əsaslı dərəcədə azaldı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində regionlarda yaradılan yeni müəssisələr, fermer təsərrüfatları, istehsal sahələri yeni iş yerlərinin açılmasına təsir göstərən amillərdən idi. Əgər Dövlət Proqramı icra edilənə qədər kəndlərdən paytaxta iş üçün bir axın müşahidə edilirdisə, artıq prosesin əksi müşahidə edilirdi. İş, daha yaxşı həyat üçün paytaxta üz tutan əyalət insanı öz yaşadığı rayonda, qəsəbədə, hətta kənddə belə yaradılan isthsal müəssisə hesabına açılmış yeni iş yerlərindən faydalanmağa daha çox üstünlük verirdi. Ən pis halda isə vətəndaş ona yaxın olan qonşu şəhərdə, rayonda özünə müvafiq iş tapa, sosial durumunu yaxşılaşdıra bilirdi. Bir örnəyi qeyd etmək yerinə düşər. Aran iqtisadi rayonuna daxil olan Yevlax şəhərində Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramı çərçivəsində onlarla yeni istehsal və emal müəssisəi yaradıldı ki, həmin müəssisələrdə hətta işçi çatışmamazlığı da müşahidə edildi. Və belə olan halda qonşu Mingəçevir şəhəri, Tərtər və Bərdə rayonlarından onlarla yerli sakin Yevlaxdakı müəssisələrdə işləmək üçün üz tutdu. Beləliklə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı o dövr üçün Azərbaycanda ən ağrılı problemlərdən olan işsizlik probleminin aradan qaldırılmasında bir baza rolunu oynadı.

Sevindirici hal ondan ibarət idi ki, ölkədə yeni iş yerlərinin yaradılması davamlı xarakter daşıyırdı və Azərbaycan Prezidenti 2003-cü ildə 600 min yeni iş yerinin açılması barədə verdiyi vədin reallaşması ilə işini bitmiş hesab etmirdi. Dövlət başçısı ölkədə daha çox yeni iş yerlərinin yaradılmasını qarşıya başlıca məqsəd qoymuşdu. Məhz bu məqsədlərin reallaşdırılması üçün növbəti bir Dövlət Proqramının icrasına start verildi. Eyni zamanda paralel olaraq Bakı şəhərinin kənd və qəsəbələrinin inkişaf etdirilməsinə dair də Dövlət Proqramı qəbul edildi ki, bu da paytaxtın kənd və qəsəbələrində məşğulluğun səviyyəsinin artırılmasına öz töhfəsini verdi.

Artıq Azərbaycanda işsizlik problemi yoxdur desək yanılmarıq. Çünki Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının həyata keçirildiyi ötən 14 il ərzində əldə edilən nailiyyətlər belə deməyə əsas verir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da bu fikir öz təsdiqini tapmış oldu. Konfransda geniş və əhatəli çıxışı zamanı sözügedən Dövlət Proqramının ötən illər ərzində uğurla icra edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev yeni bir proqramın da anonsunu vermiş oldu: " Bu gün biz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Bu il üçüncü Dövlət Proqramının icrası başa çatır və biz bu il dördüncü proqramın hazırlanması ilə bağlı işlərə başlamalıyıq. Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir vəartıqlaması ilə icra edilir".

Dövlət başçısının da qeyd etdiyi kimi birinci proqramın qəbul edilməsi tarixi hadisə idi və həyat bunu əyani şəkildə göstərir: "2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi. Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsindəbəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi. On dörd il ərzində əhalimiz1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir. Əlbəttə ki, bu artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr edə bilərik. Əlbəttə ki, əhali artımı hər bir ölkə üçün önəmli amildir. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir".

Qeyd etdiytimiz kimi Dövlət Proqramı qəbul edilən zaman onun əsas hədəflərindən biri də ölkədə yeni iş yerlərinin açılması və məşğulluq səbiyyəsinin artırılması idi. Ötən 14 il ərzində əldə edilən nəticələr bu baxımdan ürəkaçandır. Elə Prezident İlham Əliyev də konfransda çıxışı zamanı bu faktı qeyd edib: "Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki, yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar. Ona görə iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir".

Əldə edilən nəticələr qaneedici olsa da, qeyd etdiyimiz kimi yeni iş yerlərinin açılması prosesi bundan sonra da davam edəcək və Prezident İlham Əliyev də çıxışı zamanı bu məsələyə diqqət çəkib: "Qeyd etdiyim kimi, bu il üçüncü Dövlət Proqramı başa çatır. Bu il görüləcək işlər haqqında tapşırıqlar verəcəyəm. Bütün bu tapşırıqlar ilin sonuna qədər yerinəyetirilməlidir.

Mən giriş sözümdə iş yerlərinin yaradılması ilə bağlı fikirlərimi bildirdim. Bu, daimi proses olmalıdır. Əhalinin artımı daim yeni iş yerlərinin yaradılmasını tələb edir. Hesab edirəm ki, keçən il bu istiqamətdə rekord nəticə əldə edilmiş, 177 min daimi iş yeri açılmışdır. Bu il də əlbəttə ki, bu istiqamətdə işlər görüləcək. Bizim planlarımız, bölgələrəvə böyük şəhərlərə qoyulan investisiyalar əslində iş yerlərinin yaradılmasını təmin edir. Böyük tikinti və infrastruktur layihələri, sənaye obyektlərinin işə düşməsi, əlbəttə ki, iş yerlərinin açılmasına şərait yaradır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31