Gündəm

“Fənərbaxça”nın baş məşqçisinə ŞOK SÖZLƏR

30 Yanvar 2018 13:48

Türkiyədə futbol proqramlarından birinin şərhçisi Əbdülkərim Durmaz “Fənərbaxça” komandasının baş məşqçisi Aykut Kocamana dair kinayəli fikirlər səsləndirib. Şərhçi Aykut Kocamana “gedib at məşqçisi olsun”, mesajını göndərib. Əbdülkərim baş məşqçinin əslində futboldan başı çıxmadığını iddia edib: “Futbol bəsitdir. Futbolu hər kəs bilir. Amma sən bilmirsən.

Deputat təklif edir: “Vərəm xəstələrinə əlillik statusu verilsin”

30 Yanvar 2018 13:44

Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə əlillik statusunun verilməsi təklif edilir.“Olaylar”ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.

Xanım deputat da vərəm təhlükəsindən danışdı

30 Yanvar 2018 13:42

“Tarix boyu insanların ölümünə səbəb olan ən vacib xəstəliklərdən biri vərəmdir”.“Olaylar”ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

İnstitut direktoru: Vərəmə yoluxan uşaqların sayı artır

30 Yanvar 2018 13:40

Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir. Məlumata görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.

Ərdoğan səfərlərini təxirə saldı

30 Yanvar 2018 13:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikasına nəzərdə tutulan səfərini təxirə salıb. Səfərin hansı tarixdə baş tutacağı açıqlanmayıb. Ərdoğanın gələn həftə yalnız Vatikana səfər edəcəyi bildirilib.

Məktəb direktorları üçün seminarlar keçirilir

30 Yanvar 2018 13:37

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları üçün seminarlar başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, məktəb direktorlarının təşəbbüsü ilə keçirilən ilk seminar BŞTİ-nin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseydə təşkil edilib.

Qax-Zaqatala yolunun yenidən qurulması yekunlaşır

30 Yanvar 2018 13:35

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respiblika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin artıq əsaslı şəkildə yenidən qurulması yekunlaşır, yol boyu son tamamlanma işləri görülür. Bu barədə məlumat “OLAYLAR”-a Avtomobil Yolladı Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5sm) yeni asfalt-beton örtük döşənib.

Əhliman Əmiraslanov: "Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında azalma baş verib”

30 Yanvar 2018 13:32

“Son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər - azalma baş verib”. Məlumata görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında bildirib. O, qeyd edib ki, 2010-cu ildə hər 100 000 nəfər əhali arasında 53 nəfər, 2016-cı ildə isə 38,9 nəfər vərəmlə xəstələnib: “Planetdə yaşayan hər üç insandan biri vərəm çöpünə yoluxur.

“Mançester Siti”də ciddi itki

30 Yanvar 2018 13:26

"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane sıradan çıxıb. Gənc oyunçu İngiltərə Federasiya Kubokunda "Kardiff"lə qarşılaşmada xəsarət alıb. "Şəhərlilər"in 2:0 hesabı ilə qalib gəldikləri görüşdə Co Bennettin sərt müdaxiləsindən sonra mübarizəni davam etdirə bilməyən Almaniya millisinin üzvü sol topuğundan zədələnib.

Rusiya şokda: ABŞ bütün prinsipləri pozdu...

30 Yanvar 2018 13:24

ABŞ “Kreml hesabatı” ilə beynəlxalq münasibətlərin bütün prinsiplərini pozdu. Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasınının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

Azərbaycanda nümayəndəliyi olan KMPG-nin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub

30 Yanvar 2018 13:21

KPMG-nin keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub. Keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar. Bildirilir ki, KMPG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər. KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. “WallStreetJournal” yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb.

ABŞ-ın ən qorxduğu ÖLKƏ BƏLLİ OLDU

30 Yanvar 2018 13:20

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Çinin ABŞ üçün ən az Rusiya qədər təhlükəli rəqib olduğunu etiraf edib. M.Pompeo “BBC” kanalına müsahibəsində bir neçə önəmli məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Çin ABŞ-ın bilgilərini ələ keçirərək dünya miqyasında gizli bir hakimiyyət yaratmağa çalışır. Pompeo bildirib ki, Şimali Koreya bir neçə ay içində ABŞ-ı nüvə raketləri ilə vurmaq potensialına yiyələnəcək. MKİ isə hazırda Şimali Koreyadan gələ biləcək hər hansı bir nüvə təhdidi qarşısında ABŞ-ın nə edə biləcəyini araşdırmaqla məşğuldur.

Novruz bayramında əfv gözlənilir

30 Yanvar 2018 13:18

Azərbaycanda əfv sərəncamının imzalanacağı gözlənilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Prezident İlham Əliyev Qusarda qış-yay turizm kompleksinin inkişaf planları ilə tanış olub

30 Yanvar 2018 13:16

Azərbaycan prezidenti İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub. Məlumata görə, baş nazirin birinci müavini Yaqub Eyyubovprezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib.

Azərbaycanda ədəbiyyat oxucuları sıfır nöqtəsinə yaxınlaşır - Yeni layihə: "Mənim kitabxanam"

30 Yanvar 2018 13:11

Olaylar.az yeni layihə təqdim edir. “Mənim kitabxanam” adlanan layihədə ölkənin məşhur sənət adamlarının, yazıçıların kitabxanasına nəzər salacaq, onlarla kitablar haqqında söhbət edəcəyik. Layihənin ilk qonağı tanınmış yazıçı – dramaturq Elçin Hüseynbəylidi.