Məktəb direktorları üçün seminarlar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları üçün seminarlar başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, məktəb direktorlarının təşəbbüsü ilə keçirilən ilk seminar BŞTİ-nin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseydə təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları üçün seminarlar başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, məktəb direktorlarının təşəbbüsü ilə keçirilən ilk seminar BŞTİ-nin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseydə təşkil edilib. Seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində tətbiq olunan yeniliklər barədə məktəb direktorlarını daha ətraflı məlumatlandırmaq və müvafiq məsələləri müzakirə etmək,  qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək, həmçinin, tədrisin keyfiyyətinin artırılması üçün yeni üsul və metodlar tapmaqdan ibarətdir. Seminarda məktəb idarərtməsi, şagird nailiyyətlərinin yüksəldilməsi, direktorun bacarıqları, kargüzarlıq və digər məsələlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminarların ayrı-ayrı ümumi təhsil məktəbləri üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31