Gündəm
Bu ölkədə milyonlarla “qarımış kişi” evlənməyə qadın tapmır
Çində uzun illər sürətli artım səbəbi ilə ailədə yalnız bir uşağın doğulmasını tələb edən qanun 2015-ci ildə ləğv olunsa da, öz acı nəticələrini göstərməkdəir və yəqin ki, 10 il ərzində də bu problem aradan qalxmayacaq. belə ki bu ölkədə kişilərin sayı qadınların sayından çox olduğuna görə, 30 yaşı keşmiş subay kişilərin sayı yüzminləri aşmaqdadır.
Norveçdə azərbaycanlı ailənin uşağı əllərindən alındı - ŞOK SƏBƏB
Norveç Uşaq Evi azərbaycanlı ailənin uşağını əllərindən alıb. Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov bununla bağlı müraciət edib. Azərbaycanlı ata bildirib ki, Norveç Uşaq Evi bir neçə gün öncə övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia edilib. Yusif Əsgərov baş verənlərlə bağlı Azərbaycanın Norveçdəki Səfirliyinə müraciət etsə də, cəhdi uğursuz alınıb. Azərbaycanlı iddia edir ki, səfirlik problemlə bağlı ona kömək edə biməyəcəyini açıqlayıb.
Fevralın 1-də qar yağacağı gözlənilir
Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək.
Ata əvvəl 2 uşağını, daha sonra özünü pəncərədən atdı - VİDEO
Binada baş verən yanğından xilas olmaq istəyən ata əvvəl 2 uşağını, daha sonra özünü pəncərədən atıb. hadisə Rusiyanın Krasnoqorsk vilayətində qaz sızması nəticəsində baş verib.
Günay rejissorla eşq yaşama xəbərindən danışdı
Ötən gün Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın özündən 7 yaş kiçik olan rejissorla eşq yaşama xəbərləri yayılmışdı. Musayeva məsələ ilə bağlı açıqlama yayıb. Model, ilk növbədə, sevgilisi kimi təqdim olunan şəxslə aralarındakı yaş fərqinə toxunub. O bildirib ki, Hürriyet Berkay İnanın 24 yox, 30 yaşı var: "Hürriyet Berkay İnan sevgilim deyil. Ən yaxın dostlarımdan biridir.
Azərbaycanda ana xəstə övladını yandırdı: ata kameraya çəkdi - VİDEO
Ötən gün "Səni axtarıram" verilişində tamaşaçılar və ekspertlər dəhşətli kadrların şahidi olublar. İki azyaşlı övladını uşaqlar evinə vermək istəyən atanın verilişə təqdim etdiyi video nümayiş etdirilib.
Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
Afrində PKK/YPG terrorçularına qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusu Burseya dağı yaxınlığındakı strateji yüksəkliyi ələ keçirib. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin həyata keçirdiyi bombardmandan sonra Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun qüvvələri yüksəkliyə hücum edərək oranı tam nəzarətə götürüb.
Sibel Can 1 ayda 4 milyon qazanacaq
Apreldə yeni albomunun tanıtımı üçün Avropa turnurinə çıxmağı planlayan Sibel Can 1 ayda 4 milyon lirə (təxminən 2 milyon manat) qazanacaq. Sənətçi Fransa, Almaniya və Avstriyada 20 konsert verəcək. Sibel hər konsertdən 200 min lirə (təxminən 100 min manat) alacaq.
Xəstəxanada ŞOK OLAY
Hindistanın Mumbai şəhərində dəhşətli hadisə baş verib. Xəstəxanada bir qohumunu ziyarət edən 32 yaşlı Rajeş Marunu MRT (maqnit-rezonans tomoqrafiyası) cihazı udub. Hadisə nəticəsində həmin şəxs ölüb. Belə ki, xəstəxana işçiləri R.Maruya oksigen balonu verərək, onun MRT otağına daxil olmasını istəyib. R.Maru etiraz etsə də, tibb işçilərin cihazın işlək olmadığını deyib. O otağa daxil olan kimi cihazın maqnit gücü Marunun əlindəki dəmir əşyanı özünə çəkib. O aparata çırpılıb bu zaman oksigen balonu açılıb və oksigen onun nəfəs yollarına daxil olub. Həkimlər ona tibbi müdaxilə etsələr də, o, 10 dəqiqə içərisində ölüb.
Kamal Axundov: “Azərbaycan adını dünya idman tarixinə böyük hərflə yazmağı bacarıb”
Hər bir ölkəni dünyada tanıdan onun tarixi, mədəniyyəti, ənənələri və maraqlı səsləndə sə, idmanıdır. İdman yeganə sahədir ki, qalib ölkənin bayrağını dalğalandırmaqla dünyaya həm də mesaj verir- qələbə mesajı.
"Tənha otağa çəkilib ağlayırdım..." - Cəmilə etiraf etdi
Evlilikdən əli bala batmayan aktrisa Cəmilə Tağızadə artıq vətəndədir. ARB TV-nin "Şou Məkan" verlişinə qonaq olan aktrisa başına gələnləri danışıb: "Necə deyərlər, millətimə, Vətənimə qurban olum. Düzdür, mənə orada yad kimi davranmırdılar. Mehriban, qonaqpərvər, millətsevərdilər. Onlar da türkdür, biz də türkük. Yad deyilik ki... Mən Antraktidaya gəlin köçməmişəm ki... Qonşu dövlətə getmişəm, eyni dil, eyni mədəniyyət. Fərqimiz az ola bilər. Düşünürəm ki, yavaş-yavaş adaptasiya oluram".
Könül Xasıyeva xəstəlikdən sonra ilk dəfə efirdə oxudu - VİDEO
ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonağı xalq artisti Könül Xasıyeva olub. Xanəndə uzun müddət sürən xəstəlikdən sonra ilk dəfə efirə çıxıb. Proqramın qonağı olan Könül Xasıyeva xəstəliyinin səsinə təsir etmədiyini bildirib.
ABŞ sanksiyaları Rusiyanı dağıdacaq – Rus politoloq
ABŞ-ın yeni və güclü sanksiyaları Rusiyanın çöküşünü sürətləndirəcək. Bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, ABŞ-ın Kremlə yaxın olan şəxslərə sanksiyalar tətbiq edəcəyi ehtimalı Rusiyanın bütün hakimiyyət sistemini dağıdacaq: “Cinayətkar sxem müəyyən səssizlik olmadan və ya Qərblə əməkdaşlıq etmədən hökm sürə bilməz. Mən çirkli pulların yuyulmasına dair mübarizə ilə bağlı qanundan danışdım. Niyə o, 25 il ərzində qəbul edilməyib? İlk növbədə pullar Amerika iqtisadiyyatına yatırılırdı.
Uşaqları dini təriqətə cəlb edənlər saxlanıldı
Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb. Araşdırma zamanı onun xristian yönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır. Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
Afrinin kürd aşirəti: Türk ordusu ilə birgə...
Burseya dağını, Racodakı 915-ci təpəni və Cinderesdə bir çox mövqeyi terrorçulardan azad edən türk ordusu Afrinin mərkəzinə 14 kilometrə qədər yaxınlaşıb. “Yeni şəfəq” qəzeti Afrində yaşayan ərəb və kürd aşirət rəsmiləri ilə görüşüb.









.jpg)




