Gündəm

Türkiyənin Şıxməhməd türbəsi raketlə vuruldu

30 Yanvar 2018 12:12

YPG terrorçularının Afrindən atdığı raket Türkiyənin Kilis vilayətinin Öncüpınar məhəlləsinə düşüb. Bu barədə Türkiyənin “Xəbərlər” qəzeti məlumat yayıb. Şıxməhməd türbəsinin yaxınlığına düşən raketin partlamasından sonra əraziyə təcili yardım maşınları və təhlükəsizlik qüvvələri gəlib. Hələ ki, tələfatla bağlı məlumat verilmir. 

Həbs edilən şahzadə və nazirlərdən SON XƏBƏR

30 Yanvar 2018 12:07

Səudiyyə Ərəbistanında vəzifədən sui-istifadə ittihamları ilə həbs olunan şahzadə və nazirlərin azadlığa buraxıldığı bildirilib. Bu barədə həbs əməliyyatlarında iştirak edən, adının açıqlanmasını istəməyən səlahiyyətli bir şəxs “Röyters” agentliyinə məlumat verib.

Mənzillərin açarları sahiblərinə təqdim edilib

30 Yanvar 2018 12:04

Bu gün media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib. 

Bakıda maneəyə çırpılan avtomobil yanıb

30 Yanvar 2018 12:02

Bakıda yanğınla nəticələnən yol qəzası baş verib. Bakının  Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

“Real” “İnter”in hücumçusunu transfer edir

30 Yanvar 2018 12:00

“Real” transfer dönəminin son günlərində hücum xəttini gücləndirməyə hazırlaşır. Məlumata görə, “kral klubu” “İnter”in forvardı Mauro İkardini heyətinə qatmağa çox yaxındı. Belə ki, klublar argentinalı forvardın transferi məsələsində ilkin razılığa gəliblər.

"Dağlıq Qarabağ və həlli uzanan digər münaqişələrə maksimum diqqət ayıracağıq"

30 Yanvar 2018 11:59

"Sədrliyimiz dövründə ATƏTməkanında Dağlıq Qarabağ kimi həlli uzanan münaqişələrə maksimum diqqət ayıracağıq". Məlumata görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano "RİA Novosti"yə müsahibəsində deyib. 

Azər­bay­candan İrana qanunsuz keçmək istəyən Özbəkistan vətəndaşları saxlanılıb

30 Yanvar 2018 11:56

Dövlət Sərhəd Xidmətitərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Qurumun mətbuat xidmətindən  verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin sərhəd gö­zətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu isti­qamə­tində sa­hildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) mü­şa­hidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram ma­rixu­ana, 1415 qram həşiş aşkarlanıb.

Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi 

30 Yanvar 2018 11:54

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.

"Xarici agentlərin ayırdığı qrantlarla prezidentin mediaya ayırdığı yardımların fərqi məlumdur"

30 Yanvar 2018 11:50

"Bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsi təəssüf doğurur". Məlumata görə, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Tbilisidə metro stansiyasında tavan çökdü - Yaralılar var

30 Yanvar 2018 11:41

Gürcüstanın paytaxtı Tbilisidə metro stansiyalarının birində tavan çöküb. Hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis əməkdaşları və xilasedicilər işləyir. Tbilisi meri Kaxa Kaladze vəziyyətlə tanış olmaq üçün metro stansiyanın olduğu əraziyə gedib.

Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

30 Yanvar 2018 11:40

Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR” xəbər verir ki, məlumatı "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, buna səbəb Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulmasıdır.

Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatını qəbul edib

30 Yanvar 2018 11:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın “12 Plyus Qrupu”nun Prezidenti Duarte Paçeko ilə görüşüb. “OLAYLAR”-a Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı DQİDK sədri qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə hazırki dövlət-din münasibətləri əsrlərboyu Azərbaycan xalqının formalaşdırdığı qarşlıqlı hörmət və dözümlülük ənənələrinin qoruyub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.

Düşmən atəşkəsə əməl etmir

30 Yanvar 2018 11:34

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Rusiyanı bu şəxs xilas edə bilər – Şərh

30 Yanvar 2018 11:33

Rusiyada müxalif bloger Aleksey Navalnının tərəfdarlarının etirazlarının tezliklə yatırılması onu göstərir ki, Navalnı bir o qədər də güclü siyasətçi deyil, hətta faktiki və strateji səhvləri ucbatından təşəbbüsü əldən vermək üzrədir.

Ermənistanda hakimiyyət savaşı: Yeni postun sahibi...

30 Yanvar 2018 11:31

Ermənistanda builki seçkilər ətrafında gedən proseslərə erməni lobbisinin çox güclü təsiri gözlənilir. Bu sözləri  politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistan siyasətinin daha çox xaricdən formalaşdığını bildirib: “Ermənistanın daxili siyasətində erməni lobbisi kifayət qədər güclü təsirə malikdir.