Tbilisidə metro stansiyasında tavan çökdü - Yaralılar var

Gürcüstanın paytaxtı Tbilisidə metro stansiyalarının birində tavan çöküb. Hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis əməkdaşları və xilasedicilər işləyir. Tbilisi meri Kaxa Kaladze vəziyyətlə tanış olmaq üçün metro stansiyanın olduğu əraziyə gedib.

Qeyd edək ki, "Varketili" metro stansiyasının təmiri və yenidən qurulması ötən ilin sentyabrında başa çatıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31