İnstitut direktoru: Vərəmə yoluxan uşaqların sayı artır

Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir. Məlumata görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.

Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir. Məlumata görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" adlı dinləmələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: "Bunda həm ailə, həm də həkimlər maraqlı olur. Mən onlara dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, öz andlarını pozaraq o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi ÜST-ün yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır".

H.Qədirova deyib ki, bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir: "Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31