Xanım deputat da vərəm təhlükəsindən danışdı

“Tarix boyu insanların ölümünə səbəb olan ən vacib xəstəliklərdən biri vərəmdir”.“Olaylar”ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

"Tarix boyu insanların ölümünə səbəb olan ən vacib xəstəliklərdən biri vərəmdir"."Olaylar"ın məlumatına görə, bunu parlamentdə keçirilən "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə" mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən 2015-ci ildə dünyada vərəmdən ölənlərin sayı 1,5 milyondur. "Həmçinin 2050-ci ilə qədər 700 milyon insan vərəm xəstəliyindən dünyasını dəyişəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31