“De-fakto ABŞ-ın düşmənləri…” – Kremldən REAKSİYA
“Kreml məruzəsi”nə daxil edilmiş Rusiya siyasətçiləri və biznesmenləri de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bunu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”nin dərcini şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.
30 Yanvar 2018 13:51 Dünya"Kreml məruzəsi"nə daxil edilmiş Rusiya siyasətçiləri və biznesmenləri de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bunu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan "Kreml məruzəsi"nin dərcini şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Siyahıda olanların hamısı de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bu, siyahıdakılara ümumi yanaşmadır", - Peskov bildirib. Kremlin sözçüsünün sözlərinə görə, yeni sanksiyalara adekvat cavab veriləcək.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bu gün "Kreml məruzəsi"ni dərc edib. Siyahıda 96 Rusiya biznesmenin və 114 siyasətçinin adı var. Baş nazir Dmitri Medvedev daxil olmaqla, sənəddə Rusiya hökumətinin bütün rəhbərliyi yer alıb. Bundan başqa, siyahıya bütün federal nazirlər, həmçinin Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov da daxil edilib. Həmçinin siyahıya prezident administrasiyasının rəhbərliyi də daxil edilib. Onların arasında dövlət başçısının mətbuat katibi Dmitri Peskov da var. Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov isə hesab edir ki, yeni sanksiyalar ABŞ-ın Rusiya ilə qarşıdurmasına dönməz xarakter verəcək. Publika.az