İtaliya polisi Ermənistanın müxalifət partiyasının liderini həbs etmək istədi
İtaliya polisi Ermənistanın müxalifət partiyasının deputatını Romada həbs etmək istəyib. Məlumata görə, bu barədə müxalif “Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb. “İtaliya polisi mənim Romada hoteldəki nömrəmi mühasirəyə alıb. Məni tutmağa gəliblər. Məlum olub ki, məni “İnterpol” axtarır və 2008-ci ildən bu yana tapa bilmir”, - deyə N. Paşinyan qeyd edib.
30 Yanvar 2018 14:14 Dünyaİtaliya polisi Ermənistanın müxalifət partiyasının deputatını Romada həbs etmək istəyib. Məlumata görə, bu barədə müxalif "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb. "İtaliya polisi mənim Romada hoteldəki nömrəmi mühasirəyə alıb. Məni tutmağa gəliblər. Məlum olub ki, məni "İnterpol" axtarır və 2008-ci ildən bu yana tapa bilmir", - deyə N. Paşinyan qeyd edib.
O, hansı cinayət üzrə axtarıldığı barədə heç nə yazmayıb. APA-nın "Aysor.am"a istinadən xəbər verir.