Gündəm
“Bunları Əli Kərimlinin son çırpıntıları hesab edirəm”
“Ümumiyyətlə, Əli Kərimli tükənmiş bir siyasətçidir. Azərbaycan hakimiyyətinin getdikcə daha da möhkəmlənməsi, xüsusilə xalq-hakimiyyət vəhdətinin möhkəmlənməsi, bütövlükdə xalqın cənab Prezidentə etimadının ən yüksək yerə çatması ona gətirib çıxarıb ki, Əli Kərimli kimi siyasətçilər faktiki olaraq meydanda boş, təkbaşına qalıblar”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Tarix İnstitutunda “Cümhuriyyət İli” ilə bağlı Elmi Şura oldu
“Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək”. Tarix İnstitutundan “Olaylar” verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş Elmi Şurada deyib.İnstitutun Elmi Şurasında qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.
Restoranlarda, uşaq müəssisələrində vərəm xəstələri işləyir
"Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir”.“Olaylar” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.
Radikal düşərgə bütün imkanlarını səfərbər edib
Radikal müxalifət dövlətçiliyi, Azərbaycan hakimiyyətini, Azərbaycanı gözdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Həm daxildə, həm də xaricdə. Ölkədə baş verən hər hansı bir hadisəni şişirtməyə, ondan şou düzəltməyə çalışan radikal düşərgə hətta nə qədər qəribə də olsa baş verən təbii fəlakət, təbiət hadisəsində də az qala hakimiyyəti, mövcud iqtidarı günahkar bilir.
BDU və Bilik Fondu arasında anlaşma memorandumu imzalandı
Bakı Dövlət Universiteti ilə Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb. Olaylar.az bildirir ki, sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Bilik Fondunun icraçı direktoru Oktay Səmədov imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.
Yeni müsabiqə - “Qazaxım mənim”
Bakı Xətai Sənət Mərkəzində növbəti rəsm müsabiqəsi elan edilib. “Qazaxım mənim” adlı rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Bu barədə Olaylar.az – a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, rəsm müsabiqəsi Qazax rayonundan olan balaca və yeniyetmə fırça ustaları arasında keçirilir.
Yəməndə minalanmış avtomobil partladılıb - 11 ölü
Yəmənin nəzarət bölgəsində olan ərazisində minalanmış avtomobilin partlaması nəticəsində 11 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb. Bununla yanaşı, səlahiyyətli şəxslər, qurbanların sayının daha çox olduğunu iddia edirlər.
“Həmsədr dövlətlər Ermənistanı ədalətli mövqeyə gətirməlidir”
"İşğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmalıdır və Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Deputat bildirib ki, ermənilər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması ilə atəşkəsin saxlanılmasına və işğal siyasətinin uzadılmasına xidmət etdirmək istəyirlər.
Afrin açıqlamasına görə qurum rəhbəri həbs edildi
Ankara Respublika Prokurorluğu Afrin əməliyyatından sonra yayımladıqları bəyanata görə Türk Təbiblər Birliyinin idarəçiləri haqda həbs qərarı verib. Bu barədə “Xəbərtürk” qəzeti məlumat yayıb. Məhkəmə Birliyin Mərkəzi Şurasının 8 üzvü haqda həbs qərarı çıxarıb. Onların arasında Birliyin rəhbəri Raşit Tükel də var.
Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib
"Azərbaycan Dəmir Yolları” QSC-də Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirilib. “OLAYLAR” -a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. C. Qurbanov bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsində ölkənin nəqliyyat qurumlarının, o cümlədən dəmir yolu nəqliyyatının üzərinə böyük missiya düşür.
Afrində daha 2 kənd terrorçulardan azad olundu
Suriyanın Afrin bölgəsində daha iki kənd terrorçulardan azad olunub. Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrinin qərbindəki strateji yüksəklikdə atışma zamanı 15 terrorçu zərərsizləşdirilib. Türkiyə Ordusu və "Azad Suriya Ordusu" Afrinin qərbindəki Süleyman Xəlil və Sati Şaği kəndləri də PYD terrorçularından azad edilib.
"Konyaspor" makedoniyalı hücumçu transfer edib
Türkiyə Superliqasında çıxış edən "Konyaspor"da Eto`o transferini baş tutmasa da, klub hücum xəttini gücləndirib. "Göztepe"nin 30 yaşlı forvardı Adis Yahoviç Konya təmsilçisi ilə 3.5 illik müqavilə imzalayıb. O, klubda 88 nömrəli formanı geyinəcək. Onun transferi 1.5 milyon avroya başa gəlib. Makedoniyalı futbolçunun illik məvacibi 1 milyon avro olacaq.
"Qızlarımız ərəblərlə gəlib elə tatu vurdururlar ki..."
Çoxları üçün tatu oğru dünyasının vücud üzərinə həkk edilən pasprotu, şərəf ordeni, fəxri fərmanı kimi bəsit məna daşıyır. Əslində isə döymələr incəsənətin ilkin, olduqca həssas və zəngin növü hesab olunur. Çünki minilliklər öncə qədim silivilizasiyalarda yaranan bəsit sənət nümunələri qayalara və insan bədəninə həkk edilərdi. İlk döymənin yaşı 60000 ildən çoxdur. Bu sənətin əsas nümunələri isə daha çox qədim Misir piramidalarında aparılan qazıntılar nəticəsində aşkarlanıb. Mumiyalanmış bədənlərin 40000-dən çox yaşları olsa da, dəri üzərindəki döymələri aydın sezilir.
Aİ: Metsamor AES bağlanmalıdır
Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmalı olduğunu deyib.
“Habilə 22 min manat verdim, yazılar kəsildi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib. Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Xəyalə Məlikova 3 min manat, Hatəm Rəhimov 22 min manat verdiyini deyib.








.jpg)





