Gündəm
Dünyanın ən yaşlı kişisi öldü - 113 yaşında
İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib. Məlumata görə, o, 1904-cü ilin dekabrında anadan olub. F.N.Oliveyra 90 yaşından sonra iki müxtəlif əməliyyat keçirib. Onun 4 övladı, 9 nəvəsi və 15 nəticəsi var.
Oğrunun digər cinayət əməlləri ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən mlumata görə, oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il mayın 29-dan dekabrın 23-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən məişət əşyaları, qaz sayğacı və su mühərriki oğurlaması da müəyyən edilib.
Dayanacaqlardan oğurluq edənlər yaxalandılar
Yanvarın 7-nə keçən gecə Ağdam rayonunun Quzanlı qəsəbəsində 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və həmin lövhələrin 3 nəfər tərəfindən “Ford” markalı avtomobillə oğurlanması məlum olub.
Paytaxtda qanunsuz silah gəzdirən şəxslər tutulub
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Üç il əvvəl avtomatı gizlədən ələ keçib
Əllərdə qanunsuz olaraq saxlanılan, müxtəlif üsullarla gizlədilən odlu silah-sursatın və onların hissələrinin aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.
“Onlar vuruşmaqdan qorxurlar” - Jirinovski müharibəni SEÇDİ
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş “Kreml məruzəsi”ni iyrənc adlandırıb. Rusiyalı siyasətçi bu haqda mətbuat konfransında deyib. “Belə məruzələr iyrəncdir. Bizi Avroviziyaya və Olimpiya oyunlarına buraxmırlar, məruzələr dərc edirlər, sanksiyalar tətbiq edirlər, jurnalistləri saxlayırlar, sahibkarları həbs edirlər, deputatları buraxmırlar və sair. Bunların hamısı alçaltmaqdır. Bir il müharibə otuz il alçalmadan daha yaxşıdır. Onlar vuruşmaqdan qorxurlar, ona görə də belə edirlər”, - Jirinovski bildirib.
Əbülfəs Qarayev vətəndaşları qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü yanvarın 30-da Xırdalan şəhərində gerçəkləşib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Daha bir gəmi-bərəsi istismara qaytarılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Balakən” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən də uğurla çıxıb.
Neapolda ƏMƏLİYYAT - Farellinin 19 mafiozu tutuldu
İtaliyanın Neapol şəhərində polis qüvvələri “Kamorra” mafiyasına qarşı növbəti əməliyyat keçirib. Məlumata görə, əməliyyat nəticəsində Farelli klanına mənsub 19 nəfər saxlanılıb. Onlara qarşı reket, silah və narkotik alveri, cinayətkar qruplaşma yaratmaq ittihamları irəli sürülüb.
Nazir açıqladı: ABŞ donanması Qətərə girir
Qətər hərbi rəhbərliyi Pentaqonla ikili tərəfdaşlığı genişləndirməyi düşünür. Bu sözləri Qətər Müdafiə naziri Xalid əl-Ətiyyə deyib. “Əl-Udeyd bazasında hava qoşunları ilə yanaşı, ABŞ hərbi donanmasının da olmasını nəzərdə tuturuq. Bu baza daimi olaraq fəaliyyət göstərəcək”, - Ətiyyə bildirib. Nazir Qətərlə Körfəz ölkələri arasında yaşanan gərginlik haqda danışarkən böhranı həll edəcək yeganə şəxsin ABŞ Prezidenti Donald Tramp olduğunu deyib.
ABŞ Rusiyaya müharibə elan etdi - Məhv olana qədər...
Rusiya rəsmi şəkildə Beynəlxalq Narkotik Ticarət Şəbəkəsi ilə eyni səviyyədə dünya nizamına təhdid sayıldı. Bu sözləri öz Feysbuk səhifəsində ABŞ-ın “Kreml hesabatı”nı şərh edərkən İsraildən olan politoloq Avram Şmuleviç paylaşıb. “Anlamaq lazımdır ki, bu nəyə görə edilib. Deyilənə görə, hesabatın əsas hədəfi elitanı parçalamaqdır. Məncə, belə deyil. Bu siyahı Şərqdən çox, Qərbə yönəlib”, – deyə o bildirib.
Hakim tələb etdi: Şıxlinskaya məhkəməyə gəlsin
“Leyla Şıxlinskaya” klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Ermənistan girdabdan özünü qurtara bilmir”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Təəssüflər olsun ki, bu neçə illərdir ki, baş vermir. Prezident bir daha “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransında çıxışı zamanı bunu xatırlatmaqla əslində beynəlxalq aləmə bir mesaj göndərir ki, bizdən belə şeylər gözləyə bilməzsiniz”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Deputat: Dövlətin dəstəyindən faydalanan sahibkarlar sosial məsuliyyətlərini başa düşməlidirlər
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı Prezident İlham Əliyevin müəllifi olduğu və çox uğurla həyata keçirilən mükəmməl iqtisadi strategiyadır. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Sabah ilin ilk Ay tutulması baş verəcək
Bu ilin ilk Ay tutulması hadisəsi sabah qeydə alınacaq. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib ki, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq. Onun sözlərinə görə, tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq: "Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək. Bu müddətdə Ayın səthi tam qaranlıq, yəni, Ay qızarmış formada olacaq".













