Gündəm
Şahzadələrin adı sikkədə əbədiləşdirildi
Böyük Britaniya taxtının 3 varisinin – şahzadə Çarlz və onun övladı şahzadə Uilyam və nəvəsi şahzadə Corcun adları 5 funt sterlinq dəyərində yeni sikkədə yer alıb. Məlumata görə, kraliça II Yelizavetanın da adının yer aldığı bu sikkə “Kral ailəsinin dörd nəsli” kolleksiyasına daxil olacaq. Bu sikkələr qızıl və gümüşdən hazırlanıb. Gümüş sikkələrin dəyəri 218 dollar, qızıl sikkələrin dəyəri 12 min dollar təşkil edir.
Bəhruz Quliyev: İnkişaf və tərəqqimizin əsasında lider-xalq birliyi və qətiyyəti dayanır
Bu gün, digər ölkələrdən fərqli olaraq Azərbaycanda təhlükəsizlik, sabtlik və sakitlik hökm sürür, bunun isə arxasında dayanan əsas faktor məhz lider-xalq vəhdəti, o cümlədən, xalqın iradəsidir.
Bakıda 1 otaqlı mənzil yanıb
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus mənzildə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 3 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
MTRŞ 3 milyon manat vəsaitin 5 telekanala ayrılması barədə qərar qəbul edib
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3 milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.
Büdcədən maliyyələşən bəzi müəssisələr qazdan istifadə qaydalarını pozub
2017-cı il ərzində Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən 3 559 sayda fərdi yaşayış evinin və 3 065 sayda idarə və müəssisənin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb və 714 sayda idarə və müəssisəyə, həmçinin əhali istehlakçılarına aid qazlaşma layihələrinə əsasən görülmüş işlərin istismara qəbulu həyata keçirilib. Məlumata görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
Ötən il elektrik şəbəkələrinə qanunsuz qoşulan 27 obyektin fəaliyyəti dayandırılıb
2017-ci il ərzində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən dövlət elektroenergetika və enerji təchizatı müəssisələrində, elektrik enerjisi istehlakçılarında 634 texniki, 84 təkrar, 8 kompleks araşdırma və digər araşdırma aparılıb. Məlumata görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycana gələcək
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin (31 yanvar - 03 fevral) ölkəmizə səfəri planlaşdırılıb.
İstanbulda II Abdulhəmidin xatirəsinə həsr olunmuş foto marafon keçiriləcək
Türkiyə Fotoqraf sənətçiləri və İstanbul Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Sultan II Abdulhəmidin vəfatının 100 illiyində İstanbulda Foto marafonu keçiriləcək. “OLAYLAR” xəbər verir ki. marafona qatılmaq istəyən istənilən fotoqraf (www.ikinciabdulhamidindersaadeti.com ) qeydiyyatdan keçməklə, bu aksiyaya qatıla bilər. Başlanğıcda II Abdulhəmid dövrünə aid olan 28 abidənin fotoqrafının çəkiləcəyi yarışma, Abdulhəmidin məftun olduğu Sultan II Mahmud Türbəsində sona çatacaq.
Mingəçevirdə 2 otaqlı ev yanıb
Mingəçevir şəhərində vətəndaşaı məzsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 m2 olan, birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olununub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Mağazalara qənim kəsilən şəxs saxlanıb
Oğurluqda şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb. Dİn-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki 2 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qırmızıkənd kənd sakini, əvvəllər məhkum olunmuş İsa Nəcəfli saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqustun 18-də həmin mağazaların birindən təkrarən 1200 manat oğurlaması da müəyyən edilib.
Sərhədçilər narkotik vasitələr aşkar ediblər
Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.DSX-dan “Olaylar”a verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) müşahidə olunmuş, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram marixuana, 1415 qram həşiş aşkar olunmuşdur.
Sumqayıt və Abşeronda turizmin inkişafı üçün iş aparılır
"Regionlarda turizmin inkişaf etdirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səsləndirib. O, bildirib ki, Sumqayıt və Abşeron bölgəsi də artıq turizm baxımından əlverişli məkana çevrilir: “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".
Əli Mirəliyev gizlinləri açdı: “Tolikin ad günündə İlhamə qışqıra-qışqıra dedi ki...”
Prodüser Toliklə (Tarix Əliyev) Əli Mirəliyev arasında qalmaqal yaşanıb. Belə ki, Tolikin verilişlərin birində dediyi "mərhum xalq artisti İlhamə Quliyeva sağlığında Əli Mirəliyevi evinə qoymurdu" açıqlaması qarşı tərəfi özündən çıxardıb.
Azərbaycanda ər yataq otağına gizli kamera qoydu - VİDEO
Körpəsinə işgəncə verdiyi üçün Rusiyada övladı əlindən alınan Könül teleaparıcı Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə uşağının geri qaytarılması üçün müraciət edib.
Ötən il ƏƏSMN rəhbərliyi 11751 vətəndaşı fərdi qaydada qəbul edib
Vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində mühüm yer tutur. Bu istiqamətdə işlərin davamı olaraq, 2017-ci ildə nazirliyin rəhbərliyi və məsul şəxsləri tərəfindən 11 751 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Həmin şəxslərdən 11 097 nəfəri nazirliyin Qəbul otağına müraciət edənlər olub.














