Mağazalara qənim kəsilən şəxs saxlanıb

Oğurluqda şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb. Dİn-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki 2 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qırmızıkənd kənd sakini, əvvəllər məhkum olunmuş İsa Nəcəfli saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqustun 18-də həmin mağazaların birindən təkrarən 1200 manat oğurlaması da müəyyən edilib.

Oğurluqda şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb. Dİn-dən "Olaylar"a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki 2 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qırmızıkənd kənd sakini, əvvəllər məhkum olunmuş İsa Nəcəfli saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqustun 18-də həmin mağazaların birindən təkrarən 1200 manat oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31