Sumqayıt və Abşeronda turizmin inkişafı üçün iş aparılır

"Regionlarda turizmin inkişaf etdirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səsləndirib. O, bildirib ki, Sumqayıt və Abşeron bölgəsi də artıq turizm baxımından əlverişli məkana çevrilir: “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".

"Regionlarda turizmin inkişaf etdirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səsləndirib. O, bildirib ki, Sumqayıt və Abşeron bölgəsi də artıq turizm baxımından əlverişli məkana çevrilir: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".

Nazir qeyd edib ki, yaxın günlərdə yanvar ayının turizm statistikası elan olunacaq. Müşahidələr göstərir ki, bu il də turizm sahəsində inkişaf qeydə alınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31