Gündəm
İngiltərə hökumətinin “Brexit”lə bağlı gizli hesabatı mətbuata sızıb
İngiltərədə hökumətin “Brexit”lə bağlı gizli hesabatı mediaya sızdırılıb. Bu barədə “BuzzFeed News” məlumat yayıb. Hesabata əsasən Böyük Britaniyanın vəziyyəti Avropa İttifaqından kənarda indikindən pis olacaq. “Aİ Çıxış Analizi – Cross Whitehall Brifinq”i adlanan və Aİ-dən Çıxış Departmenti üçün hazırlanan hesabatda ən çox ehtimal olunan üç “Brexit” ssenarisinin nəzərdən keçirildiyi bildirilir.
Dövlət Yol Polisindən VACİB XƏBƏRDARLIQ: bunu ƏSLA ETMƏYİN! - VİDEO
Bakı şəhərində qeydə alınan yol nəqliyyat hadisələri zamanı ölümlərin böyük əksəriyyəti təhlükəsizlik kəmərindən istifadə olunmaması səbəbindən baş verir. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi qəzalar zamanı onları 60-70 faiz ölümdən sığortalayır.
Xameneyi: Əfqanıstanda törədilən terror aktı ABŞ-ın planının başlanğıcıdır
ABŞ Yaxın və Orta Şərqdə hərbi mövcudluğuna bəraət qazandırmaq üçün İŞİD terror təşkilatının döyüşçülərini Əfqanıstana köçürür. Məlumata görə, bunu İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi deyib.
Rusiya geri çəkilir, İrəvan təklənir, Bakı və Ankara Qarabağda... - İrəvan TƏŞVİŞDƏ
Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının ləğv edilməsi məsələsi yenidən gündəmə gəlib. Ermənilər Gümrüdəki rus bazasının onların təhlükəsizliyinə zəmanət vermədiyini düşünürlər. Erməni siyasi şərhçi Aram Amatuni iddia edir ki, Rusiya lazım olan məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına atacaq: “Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini də sual altına qoyur.
Putin ABŞ-ın sanksiya siyahısına münasibət bildirib: "İt hürər, karvan keçər"
Rusiya prezidenti Vladimir PutinABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirib. Məlumata görə, bu gün səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə Vladimir PutinABŞ tərəfinin bu addımını dostcasına olmayan hərəkət adlandırıb: "Mən bu sənədi, siyahını görməmişəm.
Səfirlik: Tbilisi metrosunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur
“Tbilisi metrosunun “Varketili” stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”. Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samirə Ağayeva deyib. “Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb”, - deyə S.Ağayeva əlavə edib.
Teatr tarixində ilk dəfə: Romeo Cülyettaya səhnədə eşq elan etdi
Daha bir legioner "Qarabağ"dan ayrıldı
Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib. Bu barədə Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Direktor bildirib ki, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu "Olimpiakos" komandasının istəyilə kollektivdən ayrılıb.
"Moody's" Azərbaycanda yumşaq iqtisadi artım proqnozlaşdırır
Azərbaycanın fiskal imkanları, dövlət borcu və ona xidmətlə bağlı faiz ödənişlərinin artması fonunda məhdudlaşıb. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.
Birləşmiş Ərəb Əmirlikləri kosmosda xəstəxana yaradacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə Nazirliyi kosmosda ilk xəstəxana yaratmağı planlaşdırır. Məlumata görə, BƏƏ-nin milli kosmik proqramının tərkib hissəsi olan bu layihə “Emirates Space Hospital” adlanacaq. Xəstəxana kosmosda kosmonavtlara tibbi yardım göstərəcək.
Ölkədə vəkillərin sayı artırılacaq
Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il yanvarın 28 də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib.
Teleqüllənin yeri dəyişdiriləcək?
"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Kataniya şəhərində ƏMƏLİYYAT - “Koza Nostra” vuruldu
İtaliyanın Siciliya vilayətində polisin keçirdiyi müxtəlif əməliyyatlar nəticəsində 40-a yaxın mafiya üzvü saxlanılıb. Məlumata görə, Kataniya şəhərində “Koza Nostra” mafiyasına qarşı keçirilən əməliyyatda Santanceli klanına mənsub 33 nəfər saxlanılıb. Həmin şəxslər müxtəlif cinayət əməllərində, o cümlədən ekskavatorla bankomat oğurlamaqda şübhəli bilinir.
Analitik: “Bu şüar əməliyyatın Afrin ilə məhdudlaşmayacağı fikrini ortaya qoyur”
Türkiyənin Afrində başladığı Zeytin Dalı əməliyyatı sosial-psixoloji və sosial-siyasi iqlimin təsirindən, eləcə də geosiyasi və milli təhlükəsizlik kontekstində hiss edilən zərurətdən irəli gəldi.
İctimai yerlərdə səs-küy salanlar cərimələnəcək
Milli Məclisin növbəti iclasında baxılacaq layihələrdən biri də İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdir. Belə ki, İXM-nın 275.2. maddəsinin mövcud redaksiyasında səs-küy çirklənməsi normalarının pozulmasına görə inzibati məsuliyyət (cərimə) nəzərdə tutulub.














