Teatr tarixində ilk dəfə: Romeo Cülyettaya səhnədə eşq elan etdi
30 Yanvar 2018 16:52 DünyaRusiyanın Novosibirsk şəhərinin opera və balet teatrında səhnəyə qoyulmuş "Romeo və Cülyetta" baleti, həmişə olduğu kimi, faciə ilə deyil, tarixdə ilk dəfə xoşbəxt sonluqla bitib.
Virtualaz.org "MegaTyumen" portalına istinadən xəbər verir ki, Romeonun və Cülyettanın partiyalarını ifa edən balet ustaları tamaşadan sonra tamaşaçılara təzim edərkən gözlənilməz hadisə baş verib.
Belə ki, "Romeo" bir anlıq pərdənin arxasına keçərək, üzük götürüb və "Cülyetta"nın qarşısında diz çökərək ona eşq elan edib. Qız gəncin təklifini qəbul edib. Aktyor və aktrisa tamaşaçıların gurultulu alqış sədaları altında qucaqlaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31