Gündəm
“Gənclər XƏTDƏ” konfransı keçiriləcək
Fevralın 10-da 100-dən artıq gəncin iştirakı ilə “Xətdə” Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər XƏTDƏ” konfransı həyata keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, konfransda Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri, bu sahədə fəaliyyət göstərən və marağı olan fəal gənclərin iştirakı gözlənilir.
Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Ərəblər ruslarla danışıqlara başladı: Türk bankı üçün
Rusiyanın “Sberbank”ı Türkiyənin “Dənizbank”ının nizamnamə kapitalındakı payını satmağa qərar verib. Bu barədə informasiyanı “Sberbank”ın mətbuat xidməti yayıb. Bank danışıqların Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts NBD” bankı ilə aparıldığını bildirib. Danışıqların hələlik başlanğıc mərhələsində olduğu vurğulanıb.
Tələbə anasına şikayətləndi, tanımadığı insan yardım etdi
Bu hadisəyə hələ də inanan bilmirəm. Deməli, dünya yaxşı insanlardan xali deyilmiş. 19 yaşlı tələbə Ella Yohanessen Facebook-dakı profilində belə yazıb. İngiltərənin Lids şəhərindəki Bekket Universitetində təhsil alan Ella "Virgin East Coast" qatarı ilə Piterbor şəhərindən Lidsə gedirdi. Anası ona zəng vurub, hal-əhval tutub, poçtla yolladığı 35 funt-sterlinqin çatdığını soruşub.
Aİ rəsmisi: “Dəmir yolu sahəsindəki layihələr Azərbaycanı nəqliyyat dəhlizinə çevirir”
“Nəqliyyat məsələləri ilə bağlı Azərbaycanda danışıqlar apardıq”. Məlumata görə, bunu Avropa İttifaqının (Aİ) Nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey deyib. Sonuncu dəfə Bakıda 2011-ci ilin noyabrında olduğunu deyən H. Hololey bildirib ki, o zaman Azərbaycanın bir sıra layihələrin gündəmdə olduğunu açıqlayıb. “Artıq o layihələrin bəziləri icra edilib.
İslam Kərimovun nəvəsi Britaniyadan sığınacaq istədi
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun 25 yaşlı nəvəsi İslam Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyib. Məlumata görə, bu barədə İ.Kərimovun vəkili bəyan edib. Vəkil bildirib ki, mərhum prezidentin nəvəsi hələ dekabr ayında sığınacaq üçün müraciət edib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları infrastruktur layihələrin reallaşmasında xüsusi rol oynayıb
Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları uğurla icra edilməkdədir. Artıq ölkədə həyata keçirilən üçüncü dövlət proqramının icrası da naliyyətlərlə müşahidə olunmaqdadır. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ili başa çatıb.
Olimpiadaçı şagirdlər üçün qış məktəbi təşkil edildi
Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına dəstəyini davam etdirir. Bu dəfə Təhsil Nazirliyi ilə birlikdə Azercell şirkəti beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində informatika fənni üzrə hazırlaşan şagirdlər üçün qış məktəbini təşkil edib.
Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”-nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.
KİV əməkdaşlarına mənzillərin açarları təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş ikinci binadan mənzil almış kütləvi informasiya vasitələri əməkdaşlarına yanvarın 30-da açarların təqdim edilməsi mərasimi keçirilib.
Əfv komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.
Fədayə azadlığa çıxmaq üçün... - Vəkil
Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı bildirib. Onun sözlərinə görə, F.Laçının səhhəti qaydasındadır, saxlanma şəraitindən şikayəti yoxdur. “Gələn həftə ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırırıq”- deyə vəkil vurğulayıb.
Aİ rəsmisi: "Bakı-Tbilisi-Qars dəmiryolu vacib xətdir"
"Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiya arasında malların daşınması baxımından vacib xətdir". Məlumata görə, bunuAvropa İttifaqının (Aİ) Nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey deyib.
Hesablama Palatası Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənib Hesablama Palatası dövlət büdcəsindən Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlayıb.














