“Gənclər XƏTDƏ” konfransı keçiriləcək

Fevralın 10-da 100-dən artıq gəncin iştirakı ilə “Xətdə” Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər XƏTDƏ” konfransı həyata keçiriləcək.  “OLAYLAR”-a daxil olan məlumata görə, konfransda Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri, bu sahədə fəaliyyət göstərən və marağı olan fəal gənclərin iştirakı gözlənilir.

Fevralın 10-da 100-dən artıq gəncin iştirakı ilə "Xətdə" Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənclər XƏTDƏ" konfransı həyata keçiriləcək.  "OLAYLAR"-a daxil olan məlumata görə, konfransda Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri, bu sahədə fəaliyyət göstərən və marağı olan fəal gənclərin iştirakı gözlənilir.

Layihənin məqsədi dövrümüzə onlayn fəaliyyətlərin genişlənməsi istiqamətində gənclərə informasiyanın verilməsi, uğur qazanmış spikerlərin məsləhətlərinin dinlənilməsi nəticəsində bir sıra gənclərin öz gələcək fəaliyyətlərini müəyyən etməsidir.

Tədbirdə iştirakçılara "Rəqəmsal marketinq nədir və günümüzdə üstünlükləri, xidmətləri nələrdən ibarətdir?" mövzu ətrafında rəqəmsal marketinq, sosial media və cəmiyyətə verdiyi təsirləri, sosial media üzərindən onlayn biznes qurmağın yolları haqqında ətraflı məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31