İctimai yerlərdə səs-küy salanlar cərimələnəcək

Milli Məclisin növbəti iclasında baxılacaq layihələrdən biri də İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdir. Belə ki, İXM-nın 275.2. maddəsinin mövcud redaksiyasında səs-küy çirklənməsi normalarının pozulmasına görə inzibati məsuliyyət (cərimə) nəzərdə tutulub.

Milli Məclisin növbəti iclasında baxılacaq layihələrdən biri də İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdir. Belə ki, İXM-nın 275.2. maddəsinin mövcud redaksiyasında səs-küy çirklənməsi normalarının pozulmasına görə inzibati məsuliyyət (cərimə) nəzərdə tutulub. Amma bu normaların hansı normalar olduğuna dair dəqiq bir göstəriş nəzərdə tutulmayıb. Millət vəkili Vüsal Hüseynov bildirib ki, qanunvericiliyə dəyişikliklə artıq həmin normaların Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixində təstiq etdiyi "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" olduğu dəqiqləşdirilir. Bu normalar mənzillərdə, iş otaqlarında, kafe, restoran, xəstəxanalar və digər bir sıra ictimai yerlər müəyyən edilir). Beləliklə, artıq İnzibati Xətalar Məcəlləsinin 275.2. maddəsinin praktiki tətbiqi daha aydın olur. Məlumat üçün qeyd edək ki, səs-küy çirklənməsi ilə bağlı qeyd edilən normaların pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31