Dünyanın ən yaşlı kişisi öldü - 113 yaşında

İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib. Məlumata görə, o, 1904-cü ilin dekabrında anadan olub. F.N.Oliveyra 90 yaşından sonra iki müxtəlif əməliyyat keçirib. Onun 4 övladı, 9 nəvəsi və 15 nəticəsi var.

Qeyd edək ki, ondan əvvəl dünyanın ən yaşlı kişisi 117 yaşında ötən ilin avqustunda İsraildə vəfat etmişdi. İndi bu ada iki namizəd var: 1905-ci ilin iyulunda anadan olmuş yaponiyalı Masadzo Nonaka və həmin ilin oktyabrında doğulmuş almaniyalı Qustav Gernet. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31