Radikal düşərgə bütün imkanlarını səfərbər edib
Radikal müxalifət dövlətçiliyi, Azərbaycan hakimiyyətini, Azərbaycanı gözdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Həm daxildə, həm də xaricdə. Ölkədə baş verən hər hansı bir hadisəni şişirtməyə, ondan şou düzəltməyə çalışan radikal düşərgə hətta nə qədər qəribə də olsa baş verən təbii fəlakət, təbiət hadisəsində də az qala hakimiyyəti, mövcud iqtidarı günahkar bilir.
30 Yanvar 2018 15:05 SiyasətDövlət və dövlətçiliyə zərbə vurmağa
Radikal müxalifət dövlətçiliyi, Azərbaycan hakimiyyətini, Azərbaycanı gözdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Həm daxildə, həm də xaricdə. Ölkədə baş verən hər hansı bir hadisəni şişirtməyə, ondan şou düzəltməyə çalışan radikal düşərgə hətta nə qədər qəribə də olsa baş verən təbii fəlakət, təbiət hadisəsində də az qala hakimiyyəti, mövcud iqtidarı günahkar bilir. Artıq paytaxtda onların yalanlarına inanların olmadığından indi də bu düşərgə əsas diqqəti əyalətlərə və Azərbaycandan kənara yönəldib. Region əhalisi arasında yalnış təsəvvür, çaşqınlıq yaratmağa yönıəlik cəhdlərdə məqsəd cəmiyyət arasında hakimiyyətə qarşı mənfi rəy formalaşdırmaqdır. Eyni zamanda xarici ölkələrdə də demək olar ki, paralel proses gedir. Radikalların burdakı rəhbərlərinin xeyir-duası ilə Avropanın müxtəlif ölkələrinə üz tutan antimilli ünsürlər həmin ölkələrdə Azərbaycan dövləti, hakimiyyəti, onun prezidentinə qarşı siyasi etikaya sığmayan mübarizə aparır, ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan daxilində olduğu kimi xaricdə də radikalların təxribat cəhdlərinə inanan, onlara dəstək olan insanlar məhdud saydadır.
Radikal müxalifət və onun gənc fəallarının bu kimi hərəkətləri haqlı olaraq cəmiyyətdə narazılıq, etiraz doğurur. Və cəmiyyətdə kifayət qədər tanınan ziyalılar, fəallar radikal müxalifətin bu cür fəaliyyətini kəskin şəkildə tənqid edirlər.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, kütlənin dərdini çəkən müxalifətçilərə kütlənin dərdinə şərik olmağa çağırıram: "Bunu onlara nə vaxtsa Amerikada edilən dəyişikliyi misal verərək anlatmağa çalışıram. Birləşmiş Ştatlardan olan ingilislər nə vaxtsa öz aralarında baş verən çəkişmələr zamanı, daxili müharibələrə sərf etdikləri həmin inadkarlıqlarını, qarşısıalınmaz enerjilərini, bu gün şəhərlərin, universitet və fabriklərin salınmasına sərf edirlər. Xarakter dəyişilməyib. Yalnız onun tətbiq edildiyi mövzu dəyişilib. Avropa ona görə inkişaf edir ki, özünə müxalifət adı verənlər əslində xalqın güzəranı üçün real işlər görürlər. Belə halda isə artıq müxalifət anlayışı qalmır. Mən ağa olmaq istəyən müxalifət rəhbərlərinə xalqa qarşı səmimi olmalarını arzu edirəm. Elə olsalar onda artıq müxalifət institutu Avropada olduğu kimi daha faydalı işlər görərək kütlənin dadına çatacaqlar. Yox neçəki onlar kreslo arzu edəcəklər onda xalqın yanında ola bilməyəcəklər. Necə ki, bu gün də onu bacara bilmirlər". Əkrəm Həsənov onu da diqqətə çatdırıb ki, radikal düşərgə hər addımda şou düzəltməyə, gündəmdə qalmağa çalışır: " Müxalifət növbəti dəfə dindar kəsimin hissləri ilə oynayaraq məscid şousu düzəltdi. Xəbər yayıblar ki, guya Şəki şəhərindəki məscidlərdən biri muzeyə çevriləcək. Təbii ki, məlumat heç bir etibarlı mənbəyə əsaslanmır. Sizin üçün dindar vətəndaşlarımızın hissləri ilə oynamaq bax bu qədər asandır. Məqsədiniz bəllidir, hər vəchlə ölkədəki siyasi sabitliyi pozmağa çalışırsınız. Amma əmin olun ki, mənfur niyyətiniz əsla baş tutmayacaq! Azərbaycan xalqı bu sabitliyi çox yüksək dəyərləndirir. Yaxud müxalifətin intiharları sosial vəziyətlə əlaqləndirməsi kökündən yanlışdır. Biz təcrübədən də bilirik ki, intihar heç də sosial vəziyətə bağlı olmur. Ağsuda 3 uşaq anasının intiharı müxalifətin bu hadisəni siyasiləşdirməsinə rəvac verir". Əkrəm Həsənov qeyd edib ki, müxalifət hər hansısa bir hadisə baş verən kimi xəyallarına dövlət qurmaq gəlir: "Çünki, niyətləri yaxşı deyil. Belə bir təbliğat aparırılır ki, guya ölkəmizdə baş verən hər bir intihar hadisəsinin kökündə əhalinin sosial rifahının pis olması dayanır. Bu şayiəni yayanların diqqətinə vacib bir məqamı çatdırmaq istərdik. Təcrübələr göstərir ki, intiharların səbəbi əksər hallarda şəxsin psixoloji durumundan qaynaqlanır. Məsələn, Birləşmiş Ştatlar və İsveç kimi varlı ölkələrdə intihar intihar hadisələrinin sayı zəif inkişaf etmiş ölkələrə nisbətən daha çoxdur. Görəsən, niyə? Deməli müxalifət ancaq avam insanları aldada bilir".
Valideyn Müəllim Assosiasiyasının icraçı direktoru Şahin Rəcəb də hazırda müxalifət düşərgəsinin siyasi etikadan kənar formada mübarizə apardığını, dövlətə, dövlətçiliyə zərbə vurmağa hesablanmış fəaliyyətlər ortaya qoyduğunu söyləyib: "Bizim dövrümüzdə mübarizə də vardı, tənqid də, nəticə də. Bir Allahdan başqa heç kəsdən qorxmurduq, sözümüzü deyirdik, heç bir təhlükə vecimizə deyildi. Amma təhqir etmirdik, ən əsası milli maraqları və dövlətçiliyi qoruyurduq. İndi baxırsan hansısa gənc götürüb Prezidentin şəklini Avropada siyasi etikadan kənar formada harasa yapışdırır. Bu nədir? Tənqiddir, mübarizədir? Yoxsa səviyyəsizlik və tərbiyəsizliyin ən yüksək dərəcəsi? Bunu edən yaxşı olar yatdığı otağın başında da Serj Sarkisyanın şəklini assın. Onun prezidenti odur. Bunlar hələ də anlamırlar ki, siyasət meydanında ilk iş siyasi mədəniyyətə malik olmaqdır. Mübarizə aparırsansa gücə çevril və gücünü göstər, özü də burda, xaricdə yox. Gücün çatmırsa başqa işlə məşğul ol. Hər nə edirsən et, təhqirə keçmə, dövləti aşağılama". Şahin Rəcəbin sözlərinə görə, həmin insanlar dərk etmirlər ki, şəxsiyyətindən asılı olmayaraq ölkənin Prezidenti Dövlətin simvoludur və demək dövlətçiliyin ifadəsidir: "Dövlət isə hamımızındır. Onun xaricdə bu və ya digər şəkildə aşağılaması öz milli ləyaqətinə arxa çevirmək, Vətəninə xəyanət, xalqına hörmətsizlikdir, milli qürur və heysiyyatının olmamasıdır. Ona təhqir bizim hər birimizə təhqirdir və bu təhqirləri edən isə əslində çox qorxaq xisləti malik adamlardır. Çünki gücləri və bacarıqları ancaq buna çatır. Biri yazır ki, hansısa qohumlarıma təhdid var, ona görə gedib butun Avropa ölkələrində rəsmilərin şəklini aşağılayacam. Sən və ya sənin qohumun nə böyük siyasi fiqur oldu ki ona da təzyiq etsinlər?. Edirlərsə, bizim ictimaiyyətə müraciət et, hamımız qoşulaq kampaniya aparaq, imzalayaq, Prezidentə müraciət edək ki, filan məmur filankəsin qohumuna təhdid edir. Daha xaricdə oturub qohumlarını belə "təhlukə" altında qoyub, Avropanın qarışdıracam, Azərbaycanı biabır edəcəm demək nə? Sən Avropa üçün yaşayırsan, Vətənin oradır, yoxsa bura? Guya kiməsə təsir edirsən? Əslində pul müqabilində istifadə olunan birdəfəlik alət, vasitəsən. Birdəfəlik bilin, kim cibində Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsini daşıyırsa bu dövlətin atributlarına, nüfuzuna, simvoluna hörmətlə yanaşmalıdır və bu onun əsas borcudur. Kim yanaşmırsa bu vəsiqəni təhvil versin, hara gedir, getsin. Təəssüf, çox heyif, indiki bəzi cavanlardan. Mübarizəni, ağılla, ağayana apararlar, savadsız və səviyyəsiz formada yox. Gəlin birinci siyasi mədəniyyətdən, daha sonra isə minimum imkanlarla maksimum nəticələr əldə etməklə siyasi mübarizənin aparılması üsullarından təlim keçin, sonra atılan bu meydana".
Məhəmməd