"Konyaspor" makedoniyalı hücumçu transfer edib

Türkiyə Superliqasında çıxış edən "Konyaspor"da Eto`o transferini baş tutmasa da, klub hücum xəttini gücləndirib. "Göztepe"nin 30 yaşlı forvardı Adis Yahoviç Konya təmsilçisi ilə 3.5 illik müqavilə imzalayıb. O, klubda 88 nömrəli formanı geyinəcək. Onun transferi 1.5 milyon avroya başa gəlib. Makedoniyalı futbolçunun illik məvacibi 1 milyon avro olacaq.

"Konyaspor" böyük klubdur, yaxşı azarkeşlərə malikdir. Söz verirəm ki, meydanda sona qədər mübarizə aparacaq və tam gücümü ortaya qoyacam. Mənim vəzifəm qol vurmaqdır. "Konyaspor" sıx oyun qrafikinə görə ilk dövrədə istənilən kimi çıxış etmədi. İndi hər şeyin daha yaxşı olacağına inanıram" - Yahoviç deyib. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31