Aİ: Metsamor AES bağlanmalıdır

Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmalı olduğunu deyib.

Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmalı olduğunu deyib. D.Lorents qeyd edib ki, AES-in keyfiyyətini standartlara uyğun yüksəltmək mümkün deyil: "Biz hesab edirik ki, AES-in işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır".

Qeyd edək ki, bir müddət əvvəl Aropa İttifaqı Metsamor AES-in bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd etmişdi. Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31