Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları” QSC-də Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirilib. “OLAYLAR” -a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. C. Qurbanov bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsində ölkənin nəqliyyat qurumlarının, o cümlədən dəmir yolu nəqliyyatının üzərinə böyük missiya düşür. 

"Azərbaycan Dəmir Yolları" QSC-də Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirilib. "OLAYLAR" -a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. C. Qurbanov bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsində ölkənin nəqliyyat qurumlarının, o cümlədən dəmir yolu nəqliyyatının üzərinə böyük missiya düşür. 
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. 
Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey çıxış edərək Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31