“Bunları Əli Kərimlinin son çırpıntıları hesab edirəm”

“Ümumiyyətlə, Əli Kərimli tükənmiş bir siyasətçidir. Azərbaycan hakimiyyətinin getdikcə daha da möhkəmlənməsi, xüsusilə xalq-hakimiyyət vəhdətinin möhkəmlənməsi, bütövlükdə xalqın cənab Prezidentə etimadının ən yüksək yerə çatması ona gətirib çıxarıb ki, Əli Kərimli kimi siyasətçilər faktiki olaraq meydanda boş, təkbaşına qalıblar”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Ümumiyyətlə, Əli Kərimli tükənmiş bir siyasətçidir. Azərbaycan hakimiyyətinin getdikcə daha da möhkəmlənməsi, xüsusilə xalq-hakimiyyət vəhdətinin möhkəmlənməsi, bütövlükdə xalqın cənab Prezidentə etimadının ən yüksək yerə çatması ona gətirib çıxarıb ki, Əli Kərimli kimi siyasətçilər faktiki olaraq meydanda boş, təkbaşına qalıblar". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu adamlar öz gücsüzlüklərinin fərqindədirlər: "Ona görə də onlar yeni üsullar axtarıb tapıb Azərbaycan hakimiyyətinə qarşı xalqı ayaqlandırmaq istəyirlər. Amma xalq da siyasi məsələlərdə kifayət qədər təcrübəlidir və bu adamlara adanmır. Ona görə də onlar özlərindən çıxıb təhqirlərə əl atırlar. Bu insanlar faktiki olaraq Azərbaycan hakimiyyətini gözdən salmaq üçün cürbəcür yaramaz adamların imkanlarından istifadə edirlər. Söyüş, təhqir, qaralama, gözdənsalma və s. kimi əməllərə əl atırlar ki, bəlkə nəyəsə nail ola bilərlər. Amma bu adamlar bir şeyi unudurlar ki, Azərbaycan xalqı təhqirlə, söyüşlə, hədələməklə, şantajla kimlərisə hakimiyyət başına gətirəcək xalq deyil. Yəni Azərbaycan seçicisi, ölkəmizdə siyasətə bu və ya digər şəkildə bağlılığı olan normal insanlar təhqiri, söyüşü, şantajı heç vaxt yaxın buraxmayıblar və bundan sonra da buraxmayacaqlar.

Mən bunları Əli Kərimlinin son çırpıntıları hesab edirəm. Bu adam uğur qazana bilməyib və düşünür ki, bəlkə bu yolla hansısa bir şəkildə uğur qazana bilər. Hesab edirəm ki, onun bu çırpıntıları heç bir nəticə verməyəcək. Bu gün Azərbaycan seçicisi, vətəndaşı normal dildə danışan, normal siyasi münasibətlər quran insanların arxasınca getməyə meyillidir. Ona görə də Azərbaycan xalqı bu gün Azərbaycan hakimiyyətinin arxasınca gedir. Çünki Azərbaycan hakimiyyəti təhqirlə, şantajla, böhtanla məşğul deyil". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31