Türkiyənin artan hərbi qüdrəti Qərbi niyə narahat edir?

Türkiyə də Azərbaycan kimi hər hansı bir uğura imza atdığı, yaxud mühüm siyasi hadisə ərəfəsində olanda dərhal Qərbdən, Avropadan təzyiqlərlə üzləşir. Hazırda da eyni mənfi tendensiya müşahidə edilməkdədir. Bu dəfə səbəb isə Ankaranın Suriyanın Afrin bölgəsində antiterror əməliyyatı həyata keçirməsidir. Birləşmiş Ştatlardan tutmuş Qərb təsisatları, Avropanın siyasi və hərbi dairələri ciddi cəhdlə Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatının qarşısını almağa çalışırlar.

Artıq NATO da Ankaradan ehtiyat etməyə başlayır

Türkiyə də Azərbaycan kimi hər hansı bir uğura imza atdığı, yaxud mühüm siyasi hadisə ərəfəsində olanda dərhal Qərbdən, Avropadan təzyiqlərlə üzləşir. Hazırda da eyni mənfi tendensiya müşahidə edilməkdədir. Bu dəfə səbəb isə Ankaranın Suriyanın Afrin bölgəsində antiterror əməliyyatı həyata keçirməsidir. Birləşmiş Ştatlardan tutmuş Qərb təsisatları, Avropanın siyasi və hərbi dairələri ciddi cəhdlə Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatının qarşısını almağa çalışırlar. Artıq Şimalİ Atlantika Hərbi Alyansı da üzvü olan Türkiyəni antiterror əməliyyatlarında demək olar ki, meydanda tək qoyub. Amma ümumilikdə NATO-nun Türkiyəyə dəstək verməsi zəruri idi. Elə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Turan Rzayev də bu qənaətdədir. O, bildirib ki, Türkiyənin Afrin əməliyyatları uğurla davam etdiyi bir dövrdə Türkiyə və NATO arasında soyuq küləklərin əsdiyi görülməkdədir. Onun sözlərinə görə, NATO baş katibinin müavini Rose Gottemoeller, ötən gün Afrin istiqamətində terroristlərə qarşı aparılan "Zeytun Budağı" əməliyyatları üçün Türkiyənin təhlükəsizliyini qoruma haqqı olduğunu bəyan etmişdi. Lakin Türkiyə rəsmilərinin fikrincə tam bu dəstək qənaətbəxş deyil: "Nəzərə alsaq ki, Türkiyə də NATO ölkəsidir, ancaq ittifaqla son zamanlar fikir ayrılıqlarının artması Türkiyə tərəfində belə bir sual ortaya çıxarıb: Türkiyə NATO ölkəsi olmalıdırmı? İstərdim bu sualı tam mənada anlamaq üçün Türkiyə-NATO münasibətlərinin keçmişinə nəzər yetirək. Türkiyə niyə NATO-ya daxil oldu? 15 iyul 1950-ci ildə Türkiyənin Koreyaya əsgər göndərməsi tələbi qəbul olunub. Türkiyənin Koreyaya 4500 əsgər və silahlı döyüş birliyi göndərməsi, Birləşmiş Millətlər Təşkilatında Türkiyənin ABŞ yanında iştirak etmə tələbi olaraq qəbul edildi. Türkiyən NATO-ya 18 Fevral 1952-ci ildə qəbul olundu. 1952-ci il fevralın 20-25-də NATO Nazirlər Şurasında Türk Hava və Quru Qüvvələrinin komandirləri də iştirak etdi. Türkiyə NATO-ya ilk müraciətini hakim partiya Respublika Xalq Partiyası olduğu zaman, 11 May 1950-ci ildə etdi. Hakim Demokrat Partiya, 11 avqust 1950-ci ildə bir daha üzvlüyə müraciət etdi. Yeni qurulan hökumət olaraq Türkiyənin ABŞ meylli siyasətini davam etdirəcəyinin xəbər verilməsi olaraq qəbul edilə bilər. NATO Balkanlar Şurası, Türkiyənin müraciətini 1950-ci ildə sentyabr ayında mənfi cavablandırıb. Koreya döyüşü sonrasında isə Türkiyənin NATO-ya müraciəti müsbət bir nəticə verdi. ABŞ-ın dəyişən qlobal siyasəti, Türkiyəyə üzvlük yolunu açdı. ABŞ Türkiyənin NATO-ya üzvlüyünü dəstəklədi". Ekspert bildirib ki, ABŞ-ın Türkiyənin üzvlüyünə müsbət yanaşmasında dörd əhəmiyyətli səbəb var idi: "Birincisi, ABŞ təhlükəsizlik tədbirlərini artırmağa qərar verdi.  İkincisi, ABŞ Türkiyədə hərbi bazalar qurmağa ehtiyac duymağa başladı. Üçüncüsü, Yaxın Şərq qlobal miqyasda böyük əhəmiyyətə malikdir və regiona yayılmaqla sosialist təsirə məruz qalma ehtimalı təhlükədir. Dördüncü motivasiya isə ABŞ Konqresinin Türkiyənin siyasi və coğrafi əhəmiyyəti mövzusunda mövqeyini dəyişdirməsi idi. Bəs Türkiyənin NATO-ya daxil olmasına səbəb nə idi? Bundan bir az öncə müstəqillik savaşı verən Türkiyə NATO çətiri altında olmaq istəyirdi. Türkiyənin üzv olmağı tələb etməsində dörd əhəmiyyətli səbəb var idi: Birincisi, ABŞ-a Sovet İttifaqının yayılmış siyasətindən qorunmaq lazım idi. İkincisi, Qərblə inteqrasiya və islahatlar aparmaq arzusu idi. Üçüncüsü, Türkiyəyə ABŞ yardımlarının azalma ehtimalının önünə keçilməyə çalışıldı. ABŞ-ın yardımı davamlı olmasını təmin edir. Dördüncüsü isə Türkiyədə demokratik rejimin və çox partiyalı həyatın davamlılığını təmin edə bilmək üçün qlobal bir zəmanət təmin edə bilməkdir.

Göründüyü kimi, Türkiyənin NATO-ya daxil olması ABŞ-ın maraqlarının genişlənməsi və bu maraqların o zamanki Türkiyə maraqlarıyla uzlaşması idi. Ancaq Türkiyə zamanla güclənərək bütün sahələrdə inkişaf etməyə başladı. Təbii ki, bu hərbi sahədən də yan keçmədi. Bu gün Türkiyə ordusu dünya miqyasında hörmət və ehtiyat edilən ordudur. Hətta NATO daxilində ordu quruculuğunda Türkiyə təcrübəsindən də istifadə edilir. Bir məqamı da qeyd edim ki, Türkiyə Afrin əməliyatları apardığı bu günlərdə hərb tarixində təkrarı imkansız uğurlar qazanmaqdadır. Türkiyənin NATO ilə münasibətlərindəən əhəmiyyətli qırılma ABŞ-ın İraqı işğalı oldu". Turan Rzayev bildirib ki, o dövrdə NATO və ABŞ-la Türk ordusunda "PKK-nın Şimali İraqda mübarizə aparılmadığını" söyləyən bir fikir ayrılığı var idi: "Hətta bu, elə bir nöqtəyəçatdı ki 2002-ci ildə dövrün Milli Təhlüksəzlik Şurasının baş katibi Türkiyənin Rusiya vəİran ilə əməkdaşlıq etməsi lazım olduğunu söylədi. Wikileaks sənədlərinə görə, Türk ordusundakı NATO əleyhinə mövqe bununla məhdudlaşmadı. Türk Silahlı Qüvvələri NATO bölmələri, Avrasiya və milliyyətçilərə bölündü. NATO-ya son reaksiya hərbi ilə məhdudlaşmır. Türkiyə təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra NATO-nun müdaxiləsi lazım olduğu təqdirdə zənglərin cavabsız qalması da Ankarada xəyal qırıqlığı yaratdı. Türkiyə, Suriya vəİraq böhranlarında yalnız buraxıldığını düşünür.Norveçdə yerləşən NATO birgə Hərbi Mərkəzində 2017-ci il 8-17 noyabr tarixlərində keçirilən "Trident Javelin" adlı NATO təlimlərində qalmaqala səbəb olan hadisə baş vermişdi. Təlimlərin sonuncu günü simvolik "düşmən qüvvələri" olan ölkə liderlərinin fotoları sırasında Mustafa Kamal Atatürk də hədəf olaraq yerləşdirilmişdi. Bu hadisədən sonra Türkiyə və NATO arasında müəyyən gərginlik yaşandı. Hətta NATO baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, baş vermiş hadisəyə görə üzr istədi. Stoltenberq NATO təlimləri zamanı "Atatürk və Ərdoğan düşmənçiliyi" qalmaqalı ilə bağlı istintaq başladıldığını və hadisəyə səbəb olan norveçli texniki işçinin işdən kənarlaşdırıldığını bildirdi. Baş katib bu cür hadisələrin Türkiyə-NATO münasibətlərinə zərər vurmayacağına ümid etdiyini vurğuladı". Ekspert hesab edir ki, Türkiyə NATO-da ikili standartlarla üzləşdiyini düşünür. Buna səbəb son zamanlar Rusiya və  Türkiyə arasında hərbi əlaqələrin güclənməsidir: "Xüsusən də Rusiyadan alınan S400 raket komleksləri NATO tərəfində açıq-aşkar qıcıq yaratdı. Halbuki dörd il əvvəl, 2013-cüildə Rusiya Hava Qüvvələrinin istehsalı olan S-400 sisteminin S-300 uzun məsafəli hava müdafiə raketi sistemi NATO-nun Krit adasında NAMFI qurğularına yerləsdirildi. Bu zaman belə bir sual ortaya çıxır. Yunanıstan NATOölkəsi deyilmi? Bu gün hərbi qüdrəti artmaqda olan bir Türkiyə var. Türkiyənin yeni tərəftaş arayışı bu gün hərbi sahəyə də sıçrayıb. Zənnimcə bu gün olmasa da gələcəkdə Türkiyənin NATO-ya da ehtiyacı qalmayacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31