Dövlət Proqramları uğurla icra edilib
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş və məzmunlu şəkildə çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir.
30 Yanvar 2018 14:09 İqtisadiyyatFikrət Yusifov: "Əvvəlki proqramlardan fərqi olaraq yeni proqramda heç şübhəsiz yerlərdə daha çox istehsal müəssisələrinin qurulmasına üstünlük veriləcək"
"Çünki əvvəlki proqramlar çərçivəsində reallaşdırılmış infrastruktur layihələri hesabına regionlarda belə müəssisələrin qurulması üçün tam münbit bir şərait mövcuddur"
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş və məzmunlu şəkildə çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. İcrası tamamlanmaq olan üçüncü proqramın da uğurla icra edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, qarşıda duran bütün vəzifələr icra edilir. Elə bu müddət ərzində əldə edilən nailiyyətlər də belə deməyə əsas verir. Dövlət başçısı Diqqət çatdırıb ki, on dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir: "İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi. Cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarımız var idi. Buna baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait ayırdıq. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub. Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda, öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir".
Prezident onu xüsusi olaraq qeyd edib ki, proqramları icra etməkdə əsas məqsəd Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır: "Biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq".
Sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyininn sədri, iqtisad elmləri doktoru Firkət Yusifov da hesab edir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. Onun sözlərinə görə, ötyən illərdə əldə edilən nəticələr bunu8 aydın şəkildə ortaya qoyur. Firkət Yusifov "OLAYLAR"-a verdiyi müsahibədə növbəti Dövlət Proqramlarında diqqət yetiriləcək sahələr barədə də danışıb.
-Fikrət müəllim, 2014-2018-ci illər Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının sonuncu ilidir. Və bu məqsədlə dövlət başçısının iştirakı ilə konfrans keçirildi. Ümumiyyətlə, Proqramın icrasını necə dəyərləndirirsiniz?
- Konfransda söhbət yalnız regionların sosial-iqtisadi inkişafına dair 2014-2018 - ci illəri əhatə edən üçüncü proqramın dördüncü ilində görülən işlərdən getmədi. Ölkə başçısının giriş nitqində əvvəlki proqramların icra nəticələri də daxil olmaqla son 14 ildə bu proqramlar çərçivəsində əldə edilmiş nəticələr açıqlandı. On dörd il ərzində iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə, qeyri-neft ixracımız 4,1 dəfə artıb, valyuta ehtiyatlarımızın həcmi 42 milyard dollara çatmıb ki, bu da 2004-cü ildəkindən 23 dəfə artıq deməkdir. Ondörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bunun yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə də dünya çapında lider dövlətlər arasındadır.
-Məlum olduğu kimi 2004 cü ildən bu proqram mərhələli şəkildə icra edilir. Ümumiyyətlə, proqramların icrası Azərbaycana nə verdi?
- Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası mıvcud idisə, son 14 ildə ölkəmizdə yeni, müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib. Bu 2004-cü ilə qədər mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artması deməkdir.
-Bəs, ilk Dövlət proqramının hədəfi və məqsədləri nə idi və həmin hədəflərə nə dərəcədə nail olundu?
-Ötən illər ərzində kənd təsərrüfatının inkişafı üçün Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi dörd su anbarları tikilərək istifadəyə verilib. Bu hesaba ötən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilib və bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması hədəflənir. Son 14 il ərzində ümumilikdə 12 min 300 kilometr yol çəkilib. Regionların sosial iqtisadi inkişafına dair üçüncü proqramın son ilində bu rəqəmin 15 min kilometrə çatdırılması nəzərdə tutulur.
-Sizcə yerlərdə Dövlət Proqramı kifayət qədər səmərəli icra edildimi?
-Bütün bu göstəricilər hər üç proqramın uğurla icra edilməsini bir daha sübut edir.
-Məlum olduğu Prezident İlham Əliyev konfransda çıxışı zamanı növbəti Dövlət Proqramının icrasına başlanacağı barədə məlumat verdi. Sizcə bu dəfə Dövlət Proqramında hədəf və məqsədlər nə və hansı sahələr olmalıdır?
-Müşavirədə ölkə başçısı cari ildə növbəti beş il üçün regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramının işlənib hazırlanmasına dair tapşırıqlar verdi. Əvvəlki proqramlardan fərqi olaraq yeni proqramda heç şübhəsiz yerlərdə daha çox istehsal müəssisələrinin qurulmasına üstünlük veriləcəkdir. Çünki əvvəlki proqramlar çərçivəsində reallaşdırılmış infrastruktur layihələri hesabına regionlarda belə müəssisələrin qurulması üçün tam münbit bir şərait mövcuddur.
S.İsmayılbəyli