Gündəm

Qlobal problemlərin həlli üçün kapitalizmin İslama...

7 Fevral 2018 15:01

Müstəqillik dönəmindən sonraki Azərbaycanın siyasi və ictimai durumun analiz etdikdə diyə bilərik ki, 70 il sovet sistemi dövründə, Azərbaycanda siyasi, ictimai birliklərin və təşkilatların yaranmasına maneələr, Azərbaycanın yenidən müstəqillik əldə etdiyi dönəmlərdə siyasi və ictimai boşluqlara səbəb olmuşdu. Bu səbəbdən yeni yaranmış təşkilatlar , siyasi, ictimai və dini quruluşların təcrübəsizliyi bir çox problemlərin ortaya gəlməsinə səbəb oldu.

4 nəfərdən odlu silah müsadirə edilib

7 Fevral 2018 14:59

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir. “Olaylar” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 6-da keçirilən reyd zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar Dünya Bankı tərəfindən rəğbətlə qarşılanır

7 Fevral 2018 14:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonla görüş olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin məqsədyönlü islahatlar proqramının ölkəmizdə iqtisadiyyatın uğurlu şaxələndirilməsi əsasında inkişaf tempinin davam etməsinə şərait yaratdığını vurğulayıb.

ATƏT prezident seçkilərini müşahidə etmək üçün qərar qəbul edəcək

7 Fevral 2018 14:55

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. ATƏT DTİHB-in mətbuat xidmətindən verilən məlumata görə, təşkilat iş prinsipinə uyğun olaraq, əvvəlcə Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. Onların məsləhətləri əsasında isə müşahidə missiyasının formalaşdırılıb-formalaşdırılmaması barədə qərar qəbul ediləcək. ATƏT DTİHB-dən bildirilib ki, hazırda ekspert qiymətləndirmə missiyasının formalaşdırılması üzrə işlər aparılır.

Uşaqların təhsildən yayınaraq əməyə cəlb edilməsi...

7 Fevral 2018 14:54

Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində daha səmərəli addımlar atılır, işlər görülür. Məlumat üçün qeyd edək ki, keçən  müddət  ərzində  ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb.

İnsanları aqressiv davranışlara nə vadar edir?

7 Fevral 2018 14:52

Dünya inkişaf etdikcə, yeni yexnika və texnologiyalar günümüzün ayrılmaz bir hissəsinə, vasitəyə çevrildikcə insanlar üçün proiblemlər bir o qədər də artır. Bəzən həmin problemlərin yaranma səbəbi bizdən asılı olsa da, bir sıra hallarda problemin yaranma səbəbi bizdən yaxında və uzaqda müşahidə edilir.

Azərbaycan demokratiya yolunda daha bir addım irəliləyəcək

7 Fevral 2018 14:50

Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Hesab olunur ki, ölkə Konstitusiyasının norma və prinsiplərinə tamamilə uyğun olan bu qərar çox mühüm hüquqi, siyasi məsələlər nəzərə alınaraq verilib.

Bank kartlarının verilməsi zamanı hansı qanun pozuntuları ola bilər?

7 Fevral 2018 14:49

Son illər ölkədə nəğd hesablaşmaların tədricən ləğvi, bu və ya digər ödənişlərin kart vasitəsilə həyata keçirilməsi bir sıra üstünlüklərə səbəb olub. Bir sıra sahələrdə ödənişlərin tədricən kartla həyata keçirilməsi ilk növbədə rüşvətxorluq, əlavə vəsait mənimsəmə kimi halların aradan qaldırılmasına yol açıb. Amma ekspertlər hesab edirlər ki, əldə edilən nəticələrlə yanaşı, müəyyən mənfi tendensiyalar da mövcuddur. İqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda əmək haqqı, pensiya, müavinət və təqaüd kartları həm milli qanunvericiliyin, həm də beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikası tələbləri baxımdan misli görünməyən hüquq pozuntusu ilə buraxılır.

Növbədənkənar seçkidə İlham Əliyevin real rəqibi kimdir…

7 Fevral 2018 14:45

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı prezidentliyə namizədlər məsələsini gündəmə gətirib. Artıq qeyri-rəsmi qaydada olsa da prezidentliyə namizədliyini irəli sürəcəyəni bəyan edən şəxslər var.

Hava yağmursuz olacaq

7 Fevral 2018 14:40

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, fevralın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanda “Get Contact” bağlandı

7 Fevral 2018 14:38

Bu gündən etibarən azərbaycanlı istifadəçilər böyük əks-səda doğurmuş və geniş müzakirələrə yol açmış “Get Contact” mobil tətbiqinə daxil ola bilmir. Bu barədə sosial şəbəkərlərdə məlumat yayılıb. Bunun səbəbinin tətbiqin şəxsi məlumatları yaymaqla, məxfiliyi pozması olduğu güman edilir.

Transparan geyimdə efirə gələn əməkdar artistin alt paltarı göründü

7 Fevral 2018 14:36

Elgiz Əkbərin aparıcılığını etdiyi "Səhər-səhər" proqramının yeni üzvlərindən olan əməkdar artist Nahidə Orucova geyimi ilə diqqət mərkəzinə düşüb. Xanım aktrisanın transparan geyimi efir boyunca büsqalterinin görünməyinə səbəb olub. 3 saatlıq davam edən verilişdən aktrisanın bəzi görüntülərini təqdim edirik.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb

7 Fevral 2018 14:31

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb. Çoxcildliyin bu kitabında toplanan materiallar 2012-ci ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.

Komitə sədri bəzi məmurlara irad tutdu

7 Fevral 2018 14:28

"Bəzi məmurların üzündən bəzən məmur-əlil problemi yaranır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Komitə sədri əlillərlə bağlı məsələlərin həllində bəzər məmur-əlil probleminin yarandığını bildirib.Deyib ki, bəzən bir sıra məmurlar tərəfindən əlillərlə bağlı məsələlərdə problemlər yaradılır: “Bu isə arzuolunmazdır. Çünki bu, nəticə etibarı ilə məmur-əlil probleminin yaranmasına gətirib çıxarır. Ona görə də məmurlar əlillərin hüquqları ilə bağlı məsələlərdə daha diqqətli və həssas olmalıdırlar”.

Əmək Məcəlləsi dəyişdirilir - hərbi vəziyyətlə əlaqədar

7 Fevral 2018 14:22

Əmək Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.“Olaylar” xəbər verir ki, dəyişikliklərlə bağlı qanun layihəsi də parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasının müzakirəsinə təqdim olunub.