4 nəfərdən odlu silah müsadirə edilib
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir. “Olaylar” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 6-da keçirilən reyd zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.
7 Fevral 2018 14:59 KriminalDaxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir. "Olaylar" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 6-da keçirilən reyd zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən "Ata-arms", Emil Mirzəyevdən "MR-27", Orxan Əliyevdən "Ata-arms" və Vasif Bağırovdan "Zauer-Geco" markalı ov tüfəngləri götürülüb.