Əmək Məcəlləsi dəyişdirilir - hərbi vəziyyətlə əlaqədar

Əmək Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.“Olaylar” xəbər verir ki, dəyişikliklərlə bağlı qanun layihəsi də parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasının müzakirəsinə təqdim olunub.

Əmək Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, dəyişikliklərlə bağlı qanun layihəsi də parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasının müzakirəsinə təqdim olunub. Adıçəkilən komitənin sədri Hadi Rəcəblinin dediyinə görə, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, Məcəllənin 32-ci maddəsinin 4-cü hissəsinə "fəaliyyətinə xitam verilməsi" sözlərindən sonra "və ya fəaliyyətinin dayandırılması" sözləri əlavə edilsin. Həmçinin təklif edilir ki, 99-cu maddənin 2-ci hissəsinə "habelə" sözündən əvvəl "hərbi xidmət rejiminin təmin edilməsi" sözləri yazılsın. Eyni zamanda təklif olunur ki, Məcəllənin 134-cü maddəsinə yeni məzmunda 6-cı hissə - "Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq, əmək məzuniyyəti başqa vaxta keçirilə bilər" hissəsi əlavə edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31