Gündəm
Müxalifət partiyaları seçkilərə hazır deyil
Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının ilk iclası keçirilib. İclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib.
Ermənilər Afrində PKK-nın tərkibində Türkiyəyə qarşı döyüşürlər
Bu gün əksər dünya dövlətləri qeyri-rəsmi formada Türkiyənin əleyhinə formalaşmış cəbhədə sıralanıb desək yanılmarıq. Qərbdən tutmuş Avropaya, qədər, Birləşmiş Ştatlardan Fransayadək, xristian dünyasından bızi müsəlman ölkələrinə qədər hər kəs Türkiyənin Suriya ərazisində terror təşkilatı olan PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı həyata keçirdiyi antiterror əməliyyatından əndişə keçirir.
Xidmət sahəsində çalışanlar könüllü vergi ödəməkdən yayınırlar
Vergi qanunvericiliyinə könüllü əməl etməklə vergi öhdəliklərinin yerinə yetirilməsi hər bir vergi ödəyicisinin şəxsi və sərbəst iradəsindən asılı olan məsələ hesab olunur. Vergi öhdəliklərinin könüllü yerinə yetirilməsi vergilərin ödənilməsinin formalarından biridir. Vergi öhdəliklərinin məcburi qaydada ödətdirilməsi yalnız vergi ödəyiciləri tərəfindən öhdəliklərin könüllü şəkildə yerinə yetirilmədiyi halda əlavə üsul olaraq tətbiq edilir. Əgər qanunvericilikdə vergi ödəyicisinin öhdəliyinin müstəqil qaydada yerinə yetirilməsi nəzərdə tutulmamışdırsa, onda vergilərin vergi agenti tərəfindən alınması üsulundan istifadə edilir.
Volodin: “Azərbaycan strateji tərəfdaşımız və mehriban qonşumuzdur”
"Azərbaycan Rusiya Federasiyasının strateji tərəfdaşı və mehriban qonşusudur”. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə Dumanın binasında təşkil olunan sərgidə çıxışında deyib. O, sərginin təşkili ilə əlaqədar Heydər Əliyev Fonduna təşəkkür edib: “Ölkələrimiz arasında əlaqələr gündən-günə inkişaf edir”.
Bakıda tikinti şirkətinin işçiləri evini tərk etmək istəməyən sakinləri daşa basdı
Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən “Olympus Park” MMC tikinti şirkətinin işçiləri evlərini satıb köçmək istəməyən sakinləri daşa basıb. Virtualaz.org sosial şəbəkələrdə yayılan görüntülərə əsasən bildirir ki, bu hadisə fevralın 6-na keçən gecə baş verib. Şirkətin bir qrup işçisi gecə saatlarında sakinlərin həyətlərinə ekskavatorla hücum çəkib, müqavimət göstərməyə çalışan sakinlər isə daşa basılıb.
Morq işçisi aktrisanın cəsədini zorladı
2008-ci ildə yol kənarında cəsədi tapılan şou ulduzunun qatilinin kimliyi hələ də bilinmir. Rusiyada yayımlanan "Dom 2" realiti şousunun iştirakçısı Oksana Aplekaevanın 2008-ci ildə cəsədi tapılıb.
“İyrəndim” - Rəhman Rəmişlə olan qalmaqalından danışdı - VİDEO
ARB TV-nin "Sayqa ilə bu axşam" proqramının növbəti qonağı gitara ifaçısı Rəhman Məmmədli olub. Rəhman bəy proqramda həmkarı, xalq artisti Rafiq Hüseynovla (Rəmiş) yaşanan qalmqaldan bezdiyini bildirib: "Qalmaqal adamı olmamışam mən.
Əməliyyatdan sonra modelin sinəsi dördbucaq oldu, klinikanı şikayət etdi
Azərbaycanlı gənc 74 yaşlı qadına TƏCAVÜZ ETDİ - Sonra isə... - VİDEO
İğdırda 74 yaşlı Şəfiqə.S.-ya öncə təcavüz edib, sonra 17 yerindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən naxçıvanlı 23 yaşlı Teymur Ramizov saxlanılıb. 10 uşaq anası 74 yaşlı qadının baxıcısı fevral ayının 1-də axşam saatlarında öz evinə gedib. Ertəsi gün, səhər saatlarında geri dönən baxıcı yaşlı qadının evin çöl qapısının açıq olduğunu görüb. İçəri girən baxıcı yaşlı qadını yerdə qanlar içində görüb, həmin an polis və təcili yardıma məlumat verib.
Vaşinqtonun gizli HƏDƏFİ BUDUR
“Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”. Bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır – red.) “Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib. Partiya sədri bununla da Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmaza cavab verib. Suriyanın şimalındakı döyüşü ABŞ-Rusiya döyüşü kimi xarakterizə edən Ö. Yılmazın sözlərinə görə, onlar Türkiyə üzərində qarşı-qarşıya gəliblər.
Milli Məclisdə əlillərlə bağlı mübahisə düşdü
“Məhz sizin günahınız ucbatından əlillərlə bağlı qanun qəbul olunanda müharibə əlili sözü yazıldı. 20 Yanvar, Qarabağ, Çernobl sözünü yazdınız. Bu, məhz sizin günahınızdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən “20 Yanvar” Cəmiyyətinin sədri, II qrup 20 yanvar əlili Sultan Əzimzadə deputatlara üz tutaraq deyib.
Astarada yaponiyalı diplomatlarla görüş keçirilib
Astara Gömrük İdarəsində yaponiyalı diplomatlarla görüş keçirilib.“Olaylar” DGK-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Astara rayonu ərazisindən keçən hissəsində işlərin gedişi ilə tanış olmaq məqsədilə bu rayona səfər edən Yaponiyanın Azərbaycandakı və İrandakı səfirliklərinin attaşeləri Toşihiro Katagiri və Masamiçi Saıto fevralın 6-da Astara Gömrük İdarəsində olublar.
Polis reyd keçirdi-vətəndaşlardan ov tefəngi götürülüb
Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər keçirir.
Zakir Qaralov İmişlidə vətəndaş qəbulu keçirəcək
Baş prokuror Zakir Qaralov cari il fevralın 16-da saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Nazirlikdəki 500 vakant yerə işçi axtarılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, İmtahan Mərkəzi ƏƏSMN üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 519 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Təqdim edilmiş vakant vəzifələr nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşqulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan (BB qrupu) vəzifələrdir. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 08 mart 2018-ci il tarixinədək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.














