Polis reyd keçirdi-vətəndaşlardan ov tefəngi götürülüb
Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər keçirir.
7 Fevral 2018 13:51 SosialDaxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər keçirir. DİN-in mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, fevralın 6-da keçirilən reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən "Ata-arms", Emil Mirzəyevdən "MR-27", Orxan Əliyevdən "Ata-arms" və Vasif Bağırovdan "Zauer-Geco" markalı ov tüfəngləri götürülüb. Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, daşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.