Ermənilər Afrində PKK-nın tərkibində Türkiyəyə qarşı döyüşürlər
Bu gün əksər dünya dövlətləri qeyri-rəsmi formada Türkiyənin əleyhinə formalaşmış cəbhədə sıralanıb desək yanılmarıq. Qərbdən tutmuş Avropaya, qədər, Birləşmiş Ştatlardan Fransayadək, xristian dünyasından bızi müsəlman ölkələrinə qədər hər kəs Türkiyənin Suriya ərazisində terror təşkilatı olan PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı həyata keçirdiyi antiterror əməliyyatından əndişə keçirir.
7 Fevral 2018 14:16 DünyaGöksel Gülbey: "Ermənistan hər zaman olduğu kimi yenə də dünyanın gözü qarşısında terrora dəstək nümayiş etdirir"
Bu gün əksər dünya dövlətləri qeyri-rəsmi formada Türkiyənin əleyhinə formalaşmış cəbhədə sıralanıb desək yanılmarıq. Qərbdən tutmuş Avropaya, qədər, Birləşmiş Ştatlardan Fransayadək, xristian dünyasından bızi müsəlman ölkələrinə qədər hər kəs Türkiyənin Suriya ərazisində terror təşkilatı olan PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı həyata keçirdiyi antiterror əməliyyatından əndişə keçirir. Sözdə beynəlxalq terrorizmə qarşı mübarizədən danışan, terrorizmə qarşı mübarizədə eyni cəbhədə olmağı tövsiyə edən həmin dövlət və ölkələr bu gün Türkiyənin Suriyada apardığı antiterror əməliyyatını pisləməklə əslində elə indiyə qədər məhz həmin güclərin terrorizmə dəstək verdikləri barədə acı reallığı ortaya qoyub. Məlumat üçün qeyd edək ki, artıq 20 günə yaxındır ki, Türkiyə Suriyada uğurlu antoterror əməliyyatı həyata keçirir və ötən günlər ərzində 1000 nəfərə yaxın terrorçu məhv edilib. Eyni zamanda PKK-YPĞ/PYD-yə məxsis kifayət qədər hərbi texnika, silah-sursat zərərsizləşdirilib.
Türkiyənin Suriyada PKK-YPĞ/PYD-yə qarşı apardığı uğurlu antiterror əməliyyatı deyəsən işğalçı Ermənistanda ciddi narahatçılıq yaradıb. Əslində İrəvanın bu narahatçılığı da başadüşüləndir. Çünki PKK terror təşkilatı ilə Ermənistan arasında tarixən yaxın əlaqələr olub. Yaxın tariximizdə Ermənistan PKK terrorçularının işğal altında olan Dağlıq Qarabağda düşərgə açaraq orada təlim keçmələrinə şərait yaradıb. Hazırda da eyni prosesin davam etdiyi bildirilir. Elə məhz bu əməkdaşlıq, PKK-Ermənistan işbirliyinin nəticəsidir ki, Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatında qarşı cinahdakı terrorçular sırasında ermənilər də yer alıb. Həmçinin Afrin əməliyyatları ermənilərin illərdir ki, Türkiyəyə, türklərə qarşı olan nifrət, düşmənçilik hissinin ortaya çıxmasına, onların qardaş ölkəyə qarşı silahlı mübarizə aparmasına əməllicə fürsət yaratmış olub.
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey də deyib ki, Suriyada yaşayan ermənilər PYD/YPG/PKK terror təşkilatı sıralarında Afrində Türk ordusuna qarşı döyüşürlər. Göksəl Gülbəy deyib ki, Afrində Türkiyəyə qarşı döyüşən suriyalı ermənilər terror təşkilatının sırasında formalaşmış 14 nəfərlik xristian birliyində yer alıblar. ASİMDER rəhbəri qeyd edib ki, həmin qrupun tərkibinə əvvəlcə 4 erməni yazılsa da, sonradan onların sayı artıb: "Birləşmiş Ştatların dəstəklədiyi PYD/YPG/PKK terror təşkilatının işğal altında tutduğu bölgələrdə onlarla eyni düşünməyən, Türkiyəyə qarşı döyüşməyən kürdlər, türkmənlər və ərəbləri təhdid etdikləri bildirilir. Terror təşkilatı onları zorla öz sıralarına cəlb edib Türkiyəyə qarşı döyüşə göndərmək istəyir. Ancaq ermənilər könüllü şəkildə terror təşkilatının sıralarına qoşulub Türkiyəyə qarşı döyüşürlər". Göksəl Gülbey deyib ki, suriyalı ermənilər yanvarın 19-da PKK terror təşkilatının sıralarına qatılıblar: "Bundan başqa terror təşkilatı Suriyanın Qamışlı bölgəsində asayiş yaratmaq adı altında yaratdığı qondarma polisləri ilə öz sıralarını genişləndirmək istəyir. Belə ki, həmin "asayiş keşikçiləri" gəncləri qaçıraraq onları terror təşkilatında döyüşməyə məcbur edirlər. Bu günlərdə 19 yaşında iki gənc eyni aqibəti yaşayıb". ASİMDER rəhbəri deyib ki, 1915-ci il köçü zamanı Suriyaya gedən erməni ailələr və onların törəmələri hazırda Afrində Türkiyədən intiqam almaq savaşına başlayıblar. Göksel Gülbey Ermənistandan da PKK terror təşkilatına maddi və canlı qüvvə sarıdan dəstək göstərildiyini söyləyib. Bildirib ki, işğalçı ölkədə yaşayan yezidi kürdləri İran və İraq üzərindən keçməklə Suriyaya gedərək Qamışlıdaki PYD/YPG/PKK sıralarına qoşulurlar: "Ermənistan hər zaman olduğu kimi yenə də dünyanın gözü qarşısında terrora dəstək nümayiş etdirir. Məlumat üçün qeyd edim ki, hazırda Ermənistandan PKK terror təşkilatına dəstək üçün gedən ermənilər bir müddət əvvəl Suriyadan Ermənistana gətirilərək Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilib təlim keçilən ermənilər və yezidi kürdləridir. Həmçinin vaxtı ilə Ermənistanın dəstəyi ilə işğal altında olan Dağlıq Qarabağda özünə təlim düşərgəsi təşkil edən PKK/PEJAK terror təşkilatının 1750 nəfər üzvü də İran və İraq üzərindən keçməklə Suriyanın Qamışlı bölgəsinə gedirlər. Qamışlıda toplanan terror təşkilatının üzvləri silahsız olaraq Menbiçə, oradan isə Afrin bölgəsinə keçərək Türkiyəyə qarşı döyüşə atılacaqlar. Qeyd edim ki, həmin terrorçular Birləşmiş Ştatlar tərəfindən silahla təmin edilir".
S.İsmayılbəyli