Gündəm

Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr aparıb

7 Fevral 2018 13:44

Xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə Almaniya Federativ Respublikasına səfər edib. XİN-dən “Olaylara”a bildirilib ki, X.Xələfov AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini dilə gətirmişdir. Nazir müavini iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.

İngilis polislər oyuncaq pələngdən qorxublar

7 Fevral 2018 13:43

Ötən gün İngiltərənin Aberdin əyalətində bir fermer polisə təcili zəng vuraraq kömək istəyib. Fermer Bryuss Qrubb fermasında bir pələngin peydah olduğunu iddia edərək polisdən kömək istəyib.

Hind okeanda sirr olay

7 Fevral 2018 13:41

Avstraliyaya aid olan və 2014-cü ilin mart ayında yox olmuş Malayziya Hava Yollarının Boinq -777-200 təyyarəsini axtaran Seabed Constructor gəmisi radarlardan yox olub. Gəmi ilə bütün radio əlaqəsi kəsilib.

512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub

7 Fevral 2018 13:38

Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. “OLAYLAR”-ın “Azərişıq” ASC-yə istinadən verdiyi xəbərə görə, bununla da respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2018-ci ilin bu gününə qədər 12.000 MVA-ya qədər yüksəldilib.

MOK-da antidopinq məsələləri müzakirə edilib

7 Fevral 2018 13:37

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Avropa Şurasının Anti-dopinq konvesiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti ilə görüş keçirilib. “OLAYLAR -a MOK-un mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurasının Anti-dopinq konvesiyası mütəxəssislərindən Dünya Anti-dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili , Milli Olimpiya Komitəsindən vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edirdi.

“Əlillər istəyir ki, İlham Əliyev yenidən prezident seçilsin”

7 Fevral 2018 13:35

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışıb.“Olaylar”ın məlumatına görə, Hadi Rəcəbli qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevə uğurlar arzu edib.

Parlamentdə əlillərlə bağlı dinləmə keçirilib

7 Fevral 2018 13:36

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələri keçirilib.“Olaylar” xəbər verir ki, komitə sədri Hadi Rəcəbli bildirib ki, “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üzərində 4 ildən çoxdur işlər, təkmilləşdirmələr gedir. H. Rəcəbli deyib ki, qanun layihəsinin hazırlanması təşəbbüskarı adıçəkilən komitə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydir.

Elçin Mirzəbəyli: “Müxalifətin dezinformasiyaları şikayət edilməlidir”

7 Fevral 2018 13:22

“Ümumiyyətlə Azərbaycanın milli maraqlarını müdafiə edən və seçkilərin keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını və bir çox aspektlərdən zəruri olduğunu başa düşən insanlar müxalifətə qarşı öz mövqeyini sərgiləməlidirlər və birmənalı mövqe ortaya qoymalıdırlar”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Makedoniya ölkənin adının dəyişdirilməsinə hazırdır

7 Fevral 2018 13:20

“Reuters” xəbər agentliyinin məlumatına əsasən, Makedoniyanın Baş naziri Zoran Zaev ölkəsinin Yunanıstanla uzunsürən münaqişəsinə son vermək üçün ölkə adını dəyişdirməyə hazır olduğunu bildirib. Baş nazir iki ölkə arasında baş tutacaq danışıqların səmərəli keçməsinə ümid etdiyini vurğulayıb. Bildirilir ki, iki dövlətin diplomatları yeni adlar siyahısında Şimali Makedoniya, Yeni Makedoniya, Yuxarı Makedoniya adlarını müzakirə edəcəklər. Bundan öncə xəbər verilirdi ki, ölkənin yeni adı referendumda müəyyənləşdiriləcək.

Həyacan, stress, soyuq su və bəzi dərmanlar BU XƏSTƏLİYƏ SƏBƏB OLUR - XƏBƏRDARLIQ

7 Fevral 2018 13:19

Son vaxtlar cəmiyyətdə yaddaşsızlıqdan şikayət edənlərin sayı artır. Yaddaş pozğunluğu problemlərindən biri də yaddaşın keçici olaraq itməsidir (Transient Global Amneziya). Bu, ani olaraq ortaya çıxan (bir neçə dəqiqədən başlayaraq) və 24 saatdan qısa müddətdə düzələn bir haldır.

Səhv düşəndə sözlərimiz...

7 Fevral 2018 13:19

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı ərəbşünas filoloq, Filologiya üzrə fəlsəfə doktoru Seymur Əhmədovun fikirlərini yayımlayır. Ədəbi dilin gündəlik danışıq dili ilə eyni cür səslənməsinə dair fikir bildirən Seymur bəy qeyd etdi ki, Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları barədə məlum layihə ətrafında elmi ictimaiyyət arasında geniş müzakirələr və böyük maraq müşahidə olunmaqdadır. Sözügedən məsələyə tənqidi yanaşanlar da var, onu təqdir edənlər də. Əlbəttə, təqdim olunan layihədə müsbət fikirlərlə yanaşı bəzi yanlış yanaşmalar da yox deyildir.

Dünya mediası Azərbaycandan yazır

7 Fevral 2018 13:13

Prezident İlham Əliyevin Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı bir neçə gündür ki, dünya mediasının gündəmindən düşmür. Əksər media orqanlarında bu xəbər gündəmin baş xəbəri kimi dəyərləndirilib. Məsələn, qardaş Türkiyə mediası prezidentin bu sərəncam ilə bağlı xəbəri özlərinin əsas gündəm xəbəri kimiveriblər. 

Talibanla danışıqlar masasına otura bilərik - ABŞ

7 Fevral 2018 13:08

ABŞ-ın Əfqanıstanda hərbi xərcləri bu il 45 milyard dollar təşkil edəcək.  Bunu ABŞ Senatının Silahlı Qüvvələrlə İş üzrə Komitəsində dinləmələr zamanı ABŞ Müdafiə nazirinin köməkçisi Rendal Şrayver söyləyib. Onun sözlərinə görə, bu məbləğin 13 milyard dolları ABŞ kontingentinin Əfqanıstanda saxlanmasına, 5 milyard dolları əfqan hərbçilərinin dəstəklənməsinə, 780 milyon dolları Kabilə iqtisadi yardıma xərclənəcək. Yerdə qalan vəsaitin isə nəqliyyat xərcləri təşkil edəcəyi vurğulanıb.

Hakimin qardaşına hökm oxundu - Həbs edilmədi

7 Fevral 2018 13:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı, dələduzluqda təqsirləndirilən Mahir Kərimova hökm oxunub. Hakim Azad Məcidovun icraatında olan prosesdə hakimlər kollegiyasının hökmü ilə M.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Deputatın kvota təklifi niyə nəzərə alınmadı?

7 Fevral 2018 13:00

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev komitənin fevralın 7-də keçirilən iclasında I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib.“Olaylar”ın məlumatına görə, Musa Quliyev yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır: “Bunun üçün 1992-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanundakı kimi əlilər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır.