Talibanla danışıqlar masasına otura bilərik - ABŞ

ABŞ-ın Əfqanıstanda hərbi xərcləri bu il 45 milyard dollar təşkil edəcək.  Bunu ABŞ Senatının Silahlı Qüvvələrlə İş üzrə Komitəsində dinləmələr zamanı ABŞ Müdafiə nazirinin köməkçisi Rendal Şrayver söyləyib. Onun sözlərinə görə, bu məbləğin 13 milyard dolları ABŞ kontingentinin Əfqanıstanda saxlanmasına, 5 milyard dolları əfqan hərbçilərinin dəstəklənməsinə, 780 milyon dolları Kabilə iqtisadi yardıma xərclənəcək. Yerdə qalan vəsaitin isə nəqliyyat xərcləri təşkil edəcəyi vurğulanıb.

Pentaqonun təqdim etdiyi bu məbləğ senatorların xoşuna gəlməyib. Onlar dinləmələrdə iştirak edən Dövlət katibinin müavini Con Sallivana müraciət edərək, Tramp administrasiyasının Talibanla danışıqlara gedib-getməyəcəyi ilə maraqlanıblar.

"Bizim taliblərlə teraktlar ucbatından danışıqlara getmək niyyətimiz yoxdur. Əfqanıstandakı situasiyanı təkcə hərbi yolla həll etmək olmaz. Biz Əfqanıstan hökumətini hərbi və siyasi baxımdan dəstəkləyirik və ümid edirik ki, Talibanın qadın və uşaqları Kabildə partlatmayan nüməyəndələri ilə danışıqlar masasına otura biləcəyik", - deyə Sallivan cavabında bildirib.

Qeyd edək ki, hazırda Əfqanıstanda 15 min ABŞ hərbçisi var. ABŞ ordusu burada 2001-ci ildə savaşır. Hesablamalara görə, ABŞ bütün bu illər ərzində əməliyyatlara 680 milyard dollar xərcləyib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31