MOK-da antidopinq məsələləri müzakirə edilib
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Avropa Şurasının Anti-dopinq konvesiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti ilə görüş keçirilib. “OLAYLAR -a MOK-un mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurasının Anti-dopinq konvesiyası mütəxəssislərindən Dünya Anti-dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili , Milli Olimpiya Komitəsindən vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edirdi.
7 Fevral 2018 13:37 SosialAzərbaycan Respublikası Milli Olimpiya Komitəsi Avropa Şurasının Anti-dopinq konvesiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti ilə görüş keçirilib. "OLAYLAR -a MOK-un mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurasının Anti-dopinq konvesiyası mütəxəssislərindən Dünya Anti-dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili , Milli Olimpiya Komitəsindən vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edirdi.
Görüşün məqsədi hal-hazırda Azərbaycandakı mövcud anti-dopinq qanunvericilik, siyasət, və qululuş vəziyyətini təhlil etmək, lazımi yönlərdə inkişafına kömək göstərməkdən ibarətdir.
Tədbirdə MOK və AMADA əlaqələri müzakirə olundu. 2016-cı ildə imzalanmış memorandum əsasında Milli Olimpiya Komitəsi və Azərbaycan Anti-dopinq Agentliyi idmançıların ciddi ziyan vuran güclü təsir edən maddələrin istifadə edilməsinin qarşısını almaq məqsədilə sıx əməkdaşlıq edir. Əlavə olaraq, Milli Olimpiya Komitəsinin "2018- Anti-dopinq ili" layihəsi nəzərdən keçirildi. Burada idmançılar və məqçilərə seminarların keçirilməsi, media nümayəndələri ilə açıq görüşlər, müxtəlif idman federasiyaları ilə təlimlərin keçirilməsi aiddir.