Gündəm
Parlamentdə əlillərin problemləri qaldırıldı
“Mənzil Məcəlləsinin qəbulundan xeyli vaxt keçsə də, onun icrası, əlillərin növbədənkənar mənzillərlə təmin edilməsi məsələsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov deyib.
Prezidentə qarşı çirkin kampaniyaya son qoyulmalıdır
“Siyasi mübarizədə ailə üzvlərini anti-piarda istifadə etmək acizlik və əxlaqsızlıqdır". “OLAYLAR” xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev bəzi qüvvələrin Avropada Azərbaycan Prezidenti və onun ailə üzvləri ilə bağlı yol verdiyi aşağılayıcı hərəkətlərə münasibət bildirərkən səsləndirib.
Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Məşhur gürcü rejissoru Musiqili Teatrda
Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru, Gürcüstan teatrının tanınmış sənət ustası İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub. Olaylar.az bildirir ki, hörmətli qonağı Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə Gürcüstan və Azərbaycan teatrları arasındakı ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İtkin düşən alpinistlərimizin axtarışı ilə bağlı yeni xəbər - Rəsmi
2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Rəsmi məlumatda axtarışların itkin alpinistlərin tapılacağı günədək davam etdiriləcəyi vurğulanıb.
Murad Dadaşov növbəti "Maşın"ın vaxtını açıqladı
"ATV Səhər" verilişində qonaq olan məşhur aparıcı və prodüser Murad Dadaşov "Maşın" realiti-şousunun növbəti buraxılışının vaxtını açıqladı.
Kamran Ağayevin müğənni sevgilisi veriliş açır
XİN-dən İsveçrə parlamentinin spikerinə etiraz
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri Dominik de Bumanın Yerevanda səsləndirdiyi fikirləri şərh edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, H. Hacıyev bildirib ki, Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir.
Alimlər qeyri-adi həşərat tapdı
Alimlər təxminən yüz milyon il bundan əvvəl yaşamış hörümçəkkimilər fəsiləsinin yeni "nümayəndə"sini tapıblar. Məlumata görə yeni tapıntı haqqında Nature Ecology & Evolution jurnalında dərc olunan məqalədə məlumat verilib.
Aşıq Namiqin təqsirləndirilən şəxslərdən pul tələbi — MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Namiq Fərhadoğlu təqsirləndirilənlərə qarşı 54 min 500 manatlıq mülki iddia qaldırıb.
İŞİD-in pulu kəsilib, amma... - Quterreş
İŞİD döyüş meydanlarında məğlub olub və öz maliyyələşməsinin 90%-ni itirib. Bu barədə informasiya BMT-nin Baş katibi Antonio Quterreşin hesabatında yer alıb. Quterreş İŞİD-in bütün məğlubiyyətlərinə rəğmən, hələ də ciddi təhdid kimi qaldığını və Əl Qaidə ilə istənilən an birləşə biləcəyini vurğulayıb.
ATV-nin sədri danışdı: yeni vitse-prezident...
Məlumat həqiqətə uyğun deyil. Bu məlumatı heç nədən xəbəri olmayan adamlar yayıb. Bu sözləri ATV-nin rəhbəri Azər Xəlilov şirkətə vitse-prezident təyin edilməsi barədə danışarkən deyib.
Ermənilər Anarın videosunu paylaşdı: dava düşdü - VİDEO
Stilist Anar Ağakişiyevin üzü yanmış xanımı makiyaj etməsinin yer aldığı video xarici ölkələrdə də sosial şəbəkələrin müzakirə obyektinə çevrilib. Məlumata görə, görüntüləri hətta erməni saytları və İnstaqram səhifələri paylaşıb. Bu isə erməni izləyicilərin etirazına səbəb olub. Onlar videonu paylaşan profillərə şikayət yazaraq, azərbaycanlı stilistin işini yayımlamalarına etiraz bildiriblər.
Politoloq: “Seçkiləri aprel ayına çəkməklə siyasi sabitlik əldə edirik”
“Görünür, seçkiqabağı ölkədəki vəziyyətin gərginləşməsi ilə bağlı Bakı ciddi məlumatlar əldə edib. Hamıya məlumdur ki, Azərbaycanı yanan çəllək qismində görmək istəyənlər var. Beləliklə, seçkiləri aprel ayına çəkməklə, biz ilk növbədə siyasi sabitlik əldə edirik”.
"Qalatasaray"dan ŞOK ADDIM - Qomis satılır
“Qalatasaray” komandanın vazkeçilməzlərindən sayılan Bafetimbi Qomisi satmaq niyyətinə düşüb. Heyətin ən məhsuldar oyunçularından olan Qomisin meneceri Mendi futbolçuya Çindən təklif gəldiyini açıqlayıb.














