Aşıq Namiqin təqsirləndirilən şəxslərdən pul tələbi — MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Namiq Fərhadoğlu təqsirləndirilənlərə qarşı 54 min 500 manatlıq mülki iddia qaldırıb.

Məhkəmə iş üzrə ümumilikdə 3 nəfəri mülki iddiaçı kimi tanıyıb.

Məhkəmə baxışı fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər kompüter alqı-satqısı adı altında aşıq Namiq Fərhadoğlu da daxil olmaqla bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31