Parlamentdə əlillərin problemləri qaldırıldı

“Mənzil Məcəlləsinin qəbulundan xeyli vaxt keçsə də, onun icrası, əlillərin növbədənkənar mənzillərlə təmin edilməsi məsələsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov deyib.

"Mənzil Məcəlləsinin qəbulundan xeyli vaxt keçsə də, onun icrası, əlillərin növbədənkənar mənzillərlə təmin edilməsi məsələsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov deyib. O, qeyd edib ki, qanunun qəbulu ilə yanaşı, onun icrası da, işləkliyi də çox vacibdir:"Amma çox təəssüflər olsun ki, bəzi qanunların qəbulu mümkün olsa da, onların icrası, işləkliyi bəzən mümkün olmur. Xüsusilə də, Mənzil Məcəlləsi ilə bağlı məsələdə ciddi problemlər var. Məcəllə qəbul olunsa da, onun icraya yönəldilməsi, tətbiqi barədə hələ də Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb. Bu isə əlillərə ciddi problemlər yaradır". "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib ki, əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən narazılıq var:"Ən təhlkükəli xəstəliklərdən biri də vərəm xəstəliyidir. Son vaxtlar bu məsələ yenidən gündəmə gəlib. Amma vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir, sadəcə, prosesi müəyyən qədər ləngidir. Hesab edirəm ki, ölkəmiz həmin xəstələri sağalda biləcək dərmanları ala biləcək gücdədir". Mehdi Mehdiyev deyib ki, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində aidiyyatı orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31