Politoloq: “Seçkiləri aprel ayına çəkməklə siyasi sabitlik əldə edirik”

“Görünür, seçkiqabağı ölkədəki vəziyyətin gərginləşməsi ilə bağlı Bakı ciddi məlumatlar əldə edib. Hamıya məlumdur ki, Azərbaycanı yanan çəllək qismində görmək istəyənlər var. Beləliklə, seçkiləri aprel ayına çəkməklə, biz ilk növbədə siyasi sabitlik əldə edirik”.

"Görünür, seçkiqabağı ölkədəki vəziyyətin gərginləşməsi ilə bağlı Bakı ciddi məlumatlar əldə edib. Hamıya məlumdur ki, Azərbaycanı yanan çəllək qismində görmək istəyənlər var. Beləliklə, seçkiləri aprel ayına çəkməklə, biz ilk növbədə siyasi sabitlik əldə edirik".

Bu fikirləri politoloq Zaur Məmmədov deyib. Politoloq vurğulayıb ki, ikinci tərəfdən seçkilər öncəsi bizə hər zaman təzyiq edən xarici qüvvələrin istəklərini fiziki cəhətdən məhdudlaşdırırıq: "Həmçinin, Qarabağda törədiləcək provokasiyanın qarşısını alırıq".

Z. Məmmədov əlavə edib ki, müxalifətə gəldiksə isə seçkilər payızda yox, 2019-cu ildə belə keçirilsəydi, onların maksimum ən yaxşı halda 10-15 faizdən çox səs toplama şanslar olmayacaqdı: "Eyni zamanda yaddan çıxartmayaq ki, Azərbaycanda referendumdan sonra konstitusiya dəyişiklikləri baş verib. Parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsi siyasi cəhətdən sabit idarəetməni laxlatmayacaq. 2000-ci illərin əvvəllərində bu üsuldan Fransa istifadə edib". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31