Gündəm
"Mançester Yunayted"in 32 milyonluq ulduzu Super Liqa yolunda
Qış fasiləsində Vaqner Lavı heyətinə qatan "Beşiktaş" yaya indidən hazırlaşır. İstanbul klubunun yay transfer döründə dünya səviyyəli ulduz transfer etmək istədiyi iddia olunur. İddialara görə, əsas hədəf "Mançester Yunayted"in ulduzu Marouane Fellainidi.
Millimiz Avropa çempionatına medalla başlayıb
Türkiyənin İstanbul şəhərində taekvondo üzrə növbəti klublararası Avropa çempionatına start verilib. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışın ilk gün komandamız üçün uğurlu alınıb. Sumqayıt GİN-nin yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub.
“Bavariya” 6 qolla yarımfinalda
Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib. Artıq ilk iki yarımfinalçı müəyyənləşib. "Bavariya" III Bundesliqa təmsilçisi "Paderborn"u bu mərhələyə qədər irəliləməyinə peşman edib. Münhen klubu 6 cavabsız qolla yoluna davam edib. Digər cütlükdə isə "Bavariya" matça əlavə edilmiş dəqiqələrdə "Verder"in müqavimətini qırıb və yarımfinala adlayıb.
"Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan qanunvericiliyinə tam uyğundur"
Prezident İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncamı Azərbaycan qanunvericiliyinə tam uyğundur. Milli.Az xəbər verir ki, bu barədə millət vəkili Tahir Kərimli bildirib.
Bir iynəylə hamını "müalicə edən" "həkim" 30 nəfəri HİV-ə yoluxdurdu
Hindistanda tibbi biliklərdən anlayışı olmayan kişi saxtakarlıq edərək xəstələrin pulunu alıb. Unnao şəhərində yaşayan Rajendra Kumar adlı şəxs xəstələri müalicə adı ilə onların həm pulunu alıb, həm də ölümcül xəstəliyə yoluxdurub.
Terrorçuluğu maliyyələşdirməyə görə cəzalar sərtləşdirilir
Terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcək.
Azərbaycanın Avropa Məhkəməsinə göndərdiyi hakimin statusu dəyişir
Azərbaycanda “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik ediləcək. Məlumata görə, qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir. Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.
Milli Məclis fevralın 13-də yığışacaq
Milli Məclisinin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.
Ankaradan ABŞ-a NOTA
Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ölkə telekanallardan birinin efirində bildirib. “Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olurlar. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”, - türkiyəli nazir deyib.
Tağıyevin 180 illiyi
Azərbaycan və Almaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə AFR-ə səfər edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında əlaqələrin artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini bildirib. Nazir müavini Xələf Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
999 terrorçu məhv edildi
Dəmir yolunun daha 8,6 km hissəsində əsaslı təmir başladı
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, fevralın 7-dən etibarən dəmir yolunun Dəllər-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xocalı faciəsi ilə bağlı əmr imzalanıb
"Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. “OLAYLAR”-a daxil olan məlumata görə,müvafiq əmr ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur. Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş ediləcək.
Əli Əliyev seçki hazırlıqlarına başladı
Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda ölkədə 2018-ci il aprelin 11-nə Növbədənkənar Prezident seçkilərinin təyin olunması və VİP-in bu seçkilərdə iştirakı məsələsi müzakirə olunub. İclasda çıxış edən VİP sədri Ə.Əliyev növbədənkənar seçkilərin təyin edilməsinin gözlənilməz olmadığını diqqətə çatdırıb. O, partiyanın 2017-ci il mayın 28-də keçirilmiş IV qurultayında VİP sədrinin prezidentliyə namizədliyinin irəli sürüldüyünü bildirərək, yaranmış şəraitdə bu qərardan irəli gələn vəzifələr haqqında danışıb.














