Milli Məclis fevralın 13-də yığışacaq
Milli Məclisinin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.
7 Fevral 2018 11:56 SosialMilli Məclisinin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.
Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.