512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub
Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. “OLAYLAR”-ın “Azərişıq” ASC-yə istinadən verdiyi xəbərə görə, bununla da respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2018-ci ilin bu gününə qədər 12.000 MVA-ya qədər yüksəldilib.
7 Fevral 2018 13:38 SosialRespublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. "OLAYLAR"-ın "Azərişıq" ASC-yə istinadən verdiyi xəbərə görə, bununla da respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq" ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2018-ci ilin bu gününə qədər 12.000 MVA-ya qədər yüksəldilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq"ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1 faizdən 10,1 faizə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 91,6 faiz, regionlar üzrə isə 85 faiz təşkil edir. Təqdirə layiq hal ondan ibarətdir ki, 2017-ci ildə artıq "Azərişıq" ASC alınan faydalı elektrik enerjisinin dəyəri 100 faiz ödənilib.