Xidmət sahəsində çalışanlar könüllü vergi ödəməkdən yayınırlar

Vergi qanunvericiliyinə könüllü əməl etməklə vergi öhdəliklərinin yerinə yetirilməsi hər bir vergi ödəyicisinin şəxsi və sərbəst iradəsindən asılı olan məsələ hesab olunur. Vergi öhdəliklərinin könüllü yerinə yetirilməsi vergilərin ödənilməsinin formalarından biridir. Vergi öhdəliklərinin məcburi qaydada ödətdirilməsi yalnız vergi ödəyiciləri tərəfindən öhdəliklərin könüllü şəkildə yerinə yetirilmədiyi halda əlavə üsul olaraq tətbiq edilir. Əgər qanunvericilikdə vergi ödəyicisinin öhdəliyinin müstəqil qaydada yerinə yetirilməsi nəzərdə tutulmamışdırsa, onda vergilərin vergi agenti tərəfindən alınması üsulundan istifadə edilir.

Rəqqaslar, aşıqlar, məzhəkəçilər, pinəçilər nə qədər vergi ödəməlidirlər?

Vergi qanunvericiliyinə könüllü əməl etməklə vergi öhdəliklərinin yerinə yetirilməsi hər bir vergi ödəyicisinin şəxsi və sərbəst iradəsindən asılı olan məsələ hesab olunur. Vergi öhdəliklərinin könüllü yerinə yetirilməsi vergilərin ödənilməsinin formalarından biridir. Vergi öhdəliklərinin məcburi qaydada ödətdirilməsi yalnız vergi ödəyiciləri tərəfindən öhdəliklərin könüllü şəkildə yerinə yetirilmədiyi halda əlavə üsul olaraq tətbiq edilir. Əgər qanunvericilikdə vergi ödəyicisinin öhdəliyinin müstəqil qaydada yerinə yetirilməsi nəzərdə tutulmamışdırsa, onda vergilərin vergi agenti tərəfindən alınması üsulundan istifadə edilir. Çox təəssüf ki, ölkədə vergi mədəniyyəti kifayət qədər formalaşmadığından bəzi fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər asanlıqla vergi ödəməkdən yayınırlar. Qanunvericilikdə bununla bağlı müvafiq maddələr mövcud olsa da, həmin maddələrin icrasında müəyyən problemlər yaşanmaqdadır. Belə hallara ən çox iaşə və xidmət sahələrəində rast gəlinir. Xüsusilə qeyd edilməlidir ki, müğənnilər, tamadalar, rəqqasələr, punəçilər, bərbərlər və müxtəlif növ xidmət sahəsində çalışanlar könnüllü vergi ödəmkdə maraqlı deyillər. Bəs, qanunvericilikdə bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri üçün hansı qaydalar nəzərdə tutulur?
Əvvala onu xatırladaq ki, mahiyyət etibarilə vergi öhdəliyi anlayışı vergi ödəyicisinin vergini ödəmək vəzifəsi ilə eyni məna daşıyır. Bununla belə, vergi ödəyicisinin hər hansı bir vergini ödəmək vəzifəsi vergilər haqqında normativ-hüquqi aktlarla müəyyən olunur və vergi öhdəliyi yalnız vergi müəyyən edildiyi və hesablandığı halda yaranır. Ümumiyyətlə, vergini ödəmək vəzifəsi hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin dövlət tərəfindən alınması zamanı meydana çıxan iqtisadi münasibətləri əks etdirir. Fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit verginin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddələr əlavə edilib. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, ayrı-ayrı fəaliyyət növləri ilə fərdi qaydada (əlavə işçi qüvvəsi cəlb etmədən) məşğul olan fiziki şəxslər aylıq sabit məbləği fəaliyyətlərinin faktiki həyata keçirildiyi ərazi üzrə müvafiq əmsalları tətbiq etməklə hesablanmış sadələşdirilmiş vergini ödəyirlər. Müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərildiyi halda ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir. Belə ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği kimi 30 manat, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar üçün 30, çəkməçi, pinəçilər üçün 5, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmir edənlər 10, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər 10, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün isə 20 manat nəzərdə tutulur. Ölkə üzrə tətbiq olunan əmsallar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 manat nəzərdə tutulur. Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlayanadək Vergilər Nazirliyindən öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almalıdırlar. Bu fəaliyyət üzrə vergi orqanına bəyannamə təqdim edilmir. Ödənilmiş vergi həmin qəbzin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir. "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"in forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilir və növbəti məlumatları özündə əks etdirir. Fiziki şəxslər qeyd edilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda "Sabit verginin ödənilməsi haqqında qəbz"i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda bu fəaliyyətlər üzrə gəlir əldə edildiyi halda isə həmin gəlir ümumi qaydada müvafiq vergilərə cəlb edilir. Hüquqşünas Alim Hüseynli bildirib ki, qeyd olunan fəaliyyət növləri ilə işçi cəlb etmədən fərdi qaydada məşğul olan fiziki şəxs vergi orqanına bəyannamə verilmədən aylıq "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almalıdır. Əks halda ona aşağıdakı məbləğdə maliyyə sanksiyası tətbiq edilir: Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında; təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında: "Nəzərə almaq lazımdır ki, vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirən fiziki şəxslər nağd pul hesablaşmalarının aparılması zamanı alıcıya nəzarət-kassa aparatı çeki istisna olmaqla, ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər. Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər. Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılması, alıcıya qəbzin verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1.200 manat maliyyə sanksiyası tətbiq edilir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31