İnsanları aqressiv davranışlara nə vadar edir?
Dünya inkişaf etdikcə, yeni yexnika və texnologiyalar günümüzün ayrılmaz bir hissəsinə, vasitəyə çevrildikcə insanlar üçün proiblemlər bir o qədər də artır. Bəzən həmin problemlərin yaranma səbəbi bizdən asılı olsa da, bir sıra hallarda problemin yaranma səbəbi bizdən yaxında və uzaqda müşahidə edilir.
7 Fevral 2018 14:52 SosialDünya inkişaf etdikcə, yeni yexnika və texnologiyalar günümüzün ayrılmaz bir hissəsinə, vasitəyə çevrildikcə insanlar üçün proiblemlər bir o qədər də artır. Bəzən həmin problemlərin yaranma səbəbi bizdən asılı olsa da, bir sıra hallarda problemin yaranma səbəbi bizdən yaxında və uzaqda müşahidə edilir. İstər bizdən asılı, istərsə də ətrafla əlaqəli olan bütün problemlər isə son nəticədə insanın güclü sterss keçirməsi, aqressiv davranışlar ortaya qoyması, özünü idarəetmədə çətinlik çəkməsi ilə nəticələnir. Artıq günümüzdə onlarla bu cür şəxslərə rast gəlmək mümkündür. İnsanlarda aqressiyanın, gərginliyin həddən artıq olması isə son nəticədə onun öz-özünə danışması, nəyəsə yeri gəldi-gəlmədi münasibət bildirməsi ilə nəticələnir. Tədricən bu proses psixi pozğunluğa aparıb çıxarır. Araşdırmalar nəticəsində məlum olub ki, həddən artıq mobil telefondan, onun funksiyalarından istifadə etmək, qulaqcıqlar vasitəsilə mobil telefonda həddən artıq yüksək səslə musiqi dinləmək də insan orqanizmində aqressivliyi artıran, nəticə etubarilə psixi pozğunluğu yaradan amillər sırasındadır. Hətta bir çoxları bu məqamı qeyd edilən problemin meydana çıxmasında başlıca amil olaraq qeyd edir. Təsadüfi deyil ki, bu gün istər şəhərdə, istər küçədə, istərsə də ictimai nəqliyyatda, avtobus və metroda bu kimi insanlara rast gəlmək mümkündür. Hətta mən deyərdim ki, adi hala çevrilib.
İnsanlarda yaranan bu kimi neqativ hallar gələcəkdə onların dünyaya gətirdikləri uşaqlarda da özünü fəsad kimi büruzə verir. Düzdür, bəziləri bu fikri qətiyyən yaxına buraxmasa da, reallıq ondan ibarətdir ki, uşaqların aqressiv davranışlar ortaya qoyması, özünü aqressiv aparmasının səbəblərindən biri də valideynlərdir. Bəs görəsən psixoloqlar bu barədə nə düşünür? Uşaqlar nəyə görə aqressiv davranışlar göstərir? Uşaqlar nəyə görə bəzən səbəbsiz yerə ağlayır? Nə üçün uşaqlar bəzən isterik davranışlar göstərir?Psixoloq Vəzifə Abbaslı deyir ki, bunun müxtəlif səbəbləri var. Onun sözlərinə görə, birinci növbədə uşağın həm fizioloji həm psixoloji vəziyyətinə diqqət yetirmək lazımdır: "Bəzən uşaqlar yəni bir çox hallarda danışa bilmədikləri zaman valideynləri incidən onları narahat edən stuasiyalar yarada bilərlər. Məsələn, uşaqların nitqi normal inkişaf etmədiyi zaman onlar istədiyini əldə etmək üçün bir çox aqressiv davranışlar göstərə bilər. Digər tərəfdən isə uşaqlarda yaş dövrlərindən irəli gələn xüsusiyyətlər nəzərə alınmalıdır. Nədi bu yaş dövrlərindən irəli gələn xüsusiyyət? Kritik yaş dövrləri dediyimiz bir dönəm var. Hansiki bu 1 yaşla 3 yaş, 6 yaşla 7 yaş, 13 yaşla 14 yaş arası dövrü əhatə edir. Kritik yaş dövrlərində uşaqlar şəxsiyyətləri üçün və gələcək həyatları üçün yeni informasiyalar mənimsədikləri zaman bu informasiyaları qəbul etdikdə bir çox xoşagəlməz hərəkətlərlə qarşılıq göstərə bilirlər. Məsələn, 3 yaşlı uşağın şəxsiyyəti yeni inkişaf edir, o ətrafı daha yaxşı dərk etməyə başlayır. Öz mənini tanımağa başlayır. Və bu zaman o ətrafda olan hər bir şeyin ona məxsus olduğunu düşünür. Ona elə gəlir ki, bu normal bir haldır. Və bu zaman valideyinlər anlayışlı qarşılıq vermədikdə uşaqla aralarında böyük konfiliktlərin yaranmasına səbəb olur. Belə misallar göstərə bilərik ki, uşaqlar 3 - 4 yaş dövrlərində xüsusilə kiminsə əşyasını götürməyə və hatta oğurlamağa meylli olullar. Və yaxud da aqressiv davranışlar göstərir. Bunun əsas səbəbi bu qaydaların uşaqların beynində tam formalaşmamasıdır. Məsələn; 3 yaşında uşaq ona məxsus olan əşyanın onun olub-olmadığını tam olaraq bilmir. Və yaxud hər hansı əşyanı götürdüyü zaman icazə alıb almadığını mənimsəmir. Bunu, bu vərdişləri uşaqlarda aşılamaq üçün ən gözəl yol onlara nümunə olmaqdır". Psixoloq hesab edir ki, valideyn özü hər bir hərəkətində uşağa nümunə model olmalıdır: "Ondan bir şey istədikdə icazə almalıdır, nəsə bir iş görməsini istədikdə xahiş etməlidir. Uşaqda bu modeli mənimsəyəcək və qarşı tərəfdən onu tələb edəcək". Vəzifə Abbaslı bildirib ki, uşaqların səbəbsiz yerə ağlaması da valideynləri narahat edən səbəblərdəndir: "Bu uşaqların özlərini düzgün ifadə edə bilməmələrindəndir. Söz ehtiyatı az olan, nitqi inkişaf etməyən uşaqlarda isterik davranışlar özünü çox göstərir. Uşaq istədiyi bir şeyi ifadə edə bilmir, valideynlə oynamaq, onunla bir yerə getmək istəyəndə onu sözlərlə çatdıra bilmir. Və bu zaman isterik davranışlar göstərir. Ümumi nəticə olaraq söz ehtiyatını artırmaq tutumlu valideyn olmaq lazımdır. Bu zaman uşaqlarda ağlamaq vəisterik davranışlar daha az olacaq".
Məhəmməd