Gündəm
Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub
“Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”. İqtisadiyyat Nazirliyindən “Olaylar2a verilən məlumata görə, bu barədə fevralın 7-də Çinin Sian şəhərində “Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
BAXCP seçkilərdə iştirakla bağlı danışıqlar aparır
“BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq”.
"Qoca"nın qaçmasına kömək edən qadının həbs müddəti uzadıldı
Bu gün Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR
Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı "Halal" sertifikatı ilə satılır. Azərbaycanda "Halal" sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını "Halal" yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta "halal qida" yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.
ABŞ rəsmisi: Qarabağın həlli üçün...
Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq uzanması, həqiqətən uzun müddətdir. Məlumata görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib. "ABŞ münaqişənin sülh yolu ilə həllini güclü şəkildə dəstəkləyir.
Şults Almaniyada hakimiyyətə gəldi – Merkellə koalisiya
Almaniyada bir müddətdir davam edən hökumət böhranı başa çatıb. Bu barədə “Xəbərtürk” yazıb. Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı ilə Martin Şultsun rəhbərliyi altındakı Sosial Demokratlar Partiyası arasında koalisiya hökuməti qurulması barədə razılıq əldə olunub.
ABŞ-dan Bakının 11 aprel seçki qərarına - Münasibət
Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin. Məlumata görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbayanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib.
Tramp və Putin Avropanı buna vadar edir
Rusiyanın güclənməsi, Breksit, ABŞ Prezidenti Donald Trampın NATO-ya münasibətdə qeyri-müəyyənliyi Avropanın ümumi müdafiəsi ideyasının aktivləşdirilməsi üçün şərait yaradıb.
Lavrovun ŞİFRƏLİ MESAJININ SİRRİ: Rus ordusu Qarabağa girir?
Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT müşahidəçilərinin sayının genişləndirilməsi ilə bağlı məsələyə münasibəti açıq suallar yaratdı.
Səmranın geyimi tənqid edildi
"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli sosial şəbəkədə yeni fotolarını paylaşıb. Sənətçinin 81 minlik İnstaqram səhifəsində yayımladığı şəkil sinə dekoltesi ilə diqqət çəkib. Səmranın fotosuna 1700-dən çox bəyəni gəlib. İzləyicilərinin əksəriyyəti müğənninin açıq sinəsini tənqid ediblər.
Elza Seyidcahan polisə şikayət etdi
Əməkdar artist Elza Seyidcahan polisə şikayət edib. Buna səbəb müğənni ilə bağlı sosial şəbəkədə saxta sözlərin və fotoların yayılmasıdır. Ötən gün isə Seyidcahanın adından seçkilərlə bağlı anti-reklam xarakteri daşıyan foto hazırlanıb və Facebook-da yayılıb. Bu foto müğənnini özündən çıxarıb.
"Növbədənkənar prezident seçkiləri elan edilərkən, ilk növbədə, Konstitusiyanın tələbləri əsas götürülüb"
Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi dövlət başçısının müstəsna səlahiyyətindədir və Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına tamamilə uyğundur. Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.
"Prezident Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu bir daha göstərdi"
"Növbədənkənar seçkilərin elan edilməsi Azərbaycanda demokratiyanın növbəti bir uğurudur". Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev bununla bir daha göstərir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və siyasi iradəyə malikdir.
“Ermənistanı yalnız möcüzə xilas edə bilər” - Erməni deputat
“Ermənistanda qiymətlərin qalxması ilk növbədə hökumətin yürütdüyü iqtisadi vəziyyətin göstərcisidir”. Bunu Ermənistanın millət vəkili Aram Sarkisyan deyib. Onun sözlərinə görə, əgər mövcud siyasət davam edəcəksə, miqrasiya azalmayacaqsa, iqtisadiyyat yüksəlməyəcəksə, Ermənistanı yalnız möcüzə xilas edəcək.
Azərbaycan xalqı kifayət qədər müdrik və yetkindir AÇIQLAMA
“Ölkə prezidenti tərəfindən Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verilməsi müsbət qarşılanır”. Bu, çox məntiqli və düzgün qərardır. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, bu məsələ ətrafında xüsusi kampaniya aparmağa, hay-küy qaldırmağa, ajiotaj yaratmağa heç bir əsas və səbəb yoxdur: “Təəssüflər ki, məlum sərəncamın mürəkkəbi qurumamış bəzi qüvvələr, ayrı-ayrı şəxslər bu məsələ ətrafında reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməyə, dövriyyəyə buraxmağa cəhd göstərir, “bulanıq suda balıqtutma” sevdasına düşməkdədirlər.














